ABŞ HHQ B-1 bombardmançılarının bir hissəsini istismardan çıxarır

2020/12/image-1608027681.jpg
Oxunub: 1281     18:16     15 Dekabr 2020    
ABŞ Hərbi Hava Qüvvələri 2021-ci ildə köhnə B-1 “Lancer” bombardmançı təyyarələrindən 17-sini istismardan çıxarmağı planlaşdırır.

Ordu.az xəbər verir ki, məlumatı ABŞ-ın təyyarə istehsalçısı “Boeing” şirkəti də tədiqləyib.

Bildirilir ki, təyyarələrin planlaşdırılmış dizaynına uyğun olmayan formada həddindən artıq istifadəsi səbəbindən strukturu ciddi zərər görüb.

Təyyarələrdən birinin yenidən təmiri üçün on milyonlarla dollar tələb olunur. Buna görə təyyarələrin bir hissəsi istismardan çıxarılacaq.

Qeyd edək ki, B-1 təyyarələrini B-21 “Raider” bombardmançıları əvəz edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   B-1  


Bizi "telegram"da izləyin