Rusiya NATO gəmilərinin də iştirak etdiyi hərbi təlimlərə qatılacaq

2020/12/31311-1607668527.jpg
Oxunub: 960     11:10     11 Dekabr 2020    
Rusiya Pakistan sahillərində 30-dan çox ölkənin iştirak etdiyi təlimlərdə iştirak edəcək.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, AMAN-2021 adlanan təlimlərdə NATO-ya üzv ölkələrin hərbi gəmiləri də iştirak edəcək.

Piratçılığa qarşı mübarizə üçün nəzərdə tutulan təlimlər Karaçi yaxınlığında 2021-ci ilin fevralında keçiriləcək.

Rusiya NATO gəmiləri ilə birgə sonuncu dəfə 2011-ci ildə İspaniya sahillərində NATO-nun rəhbərlik etdiyi “Bold Monarch” təlimlərində iştirak edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   NATO  


Bizi "telegram"da izləyin