"Yeni Müdafiə nazirinin barıt və saunanın qoxularını ayırd etdiyindən əmin deyiləm" - Vardanyan

2020/12/17393-1606827513.jpg
Oxunub: 1509     19:11     01 Dekabr 2020    
“Məgər 2019-cu ildə bir ərəb ölkəsində Ermənistan və Azərbaycanın yüksək dərəcəli rəsmiləri, iki uyğun rəsmi görüşüblər?”.

Ordu.az xəbər verir ki, bu gün mətbuat konfransı zamanı erməni siyasi xadim Ağvan Vardanyan bu barədə sual qaldırıb.

“Məgər Azərbaycanın nümayəndəsi Ermənistanın nümayəndəsinə kağız ötürüb, bu kağızın üzərində astronomik məbləğ qeyd olunmuş olub, təklif olaraq Qarabağ məsələsini Azərbaycanın xeyrinə həll etmək olub? Bizim rəsmi “Bu nədir təklif edirsən?” deyə qəzəblənəndə qarşı tərəf çox ağıllı şəkildə deyib ki, qəzəblənmə, sadəcə xahiş edirik, bunu rəhbərinə ötür. Məgər erməni rəsmi eyni qədər qəzəblənərək “Bu heyvanın nə təklif etdiyinə bax” deyib və ölkəmizin rəhbərinə ötürüb, deyib ki, sən duyğusal insansan, qarışma, başqası məşğul olacaq?”, - deyə Vardanyan bildirib.

O qeyd edib ki, Nikol Paşinyan bu yaxınlarda, müharibədən sonra ordunun modernləşdirilməsi haqqında danışırdı.

“Ən yaşlı, onurğasız Andranik Köçəryanın dəsmalı olan Vağarşak Harutyunyan heç vaxt ön xətdə olmayıb, Aprel döyüşlərini araşdıran istintaq komissiyasında Ando Köçəryanın eksperti idi. Vağarşak Harutyunyanın barıt və saunanın qoxularını ayırd etdiyindən əmin deyiləm”, - deyə Vardanyan qeyd edib.

Onun sözlərinə görə, erməni general Manvel Qriqoryan 20 il “Yerkrapah” hərbi təşkilatının rəhbəri olub, onun ölümü ilə bağlı erməni deputat Sasun Mikayelyan heç nə deməyib: “Sasun haradadır? “Yerkrapah”a 20 il rəhbərlik etmiş Manvel Qriqoryanın ölümü ilə bağlı bir söz deyib?”.

“Məgər 2019-cu ilin birinci yarısında Nikol növbəti isterik tutmada deyib ki, Rusiya, bizim Milli Təhlükəsizlik Xidməti, Qarabağ “rəhbərliyi” ona qarşı sui-qəsd hazırlayırlar? Nikol bildirib ki, müharibə gözlənilməz deyildi, yalnız saatı və əsas istiqaməti bilməmişik. Bu halda niyə Müdafiə naziri Ermənistanda deyildi və sentyabrın 28-i axşam qayıtdı, Nikolun xəbəri olmadan başqa ölkədə idi?”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran  

"Yeni Müdafiə nazirinin barıt və saunanın qoxularını ayırd etdiyindən əmin deyiləm" - Vardanyan

2020/12/17393-1606827513.jpg
Oxunub: 1510     19:11     01 Dekabr 2020    