Xatırladaq ki, Rusiyanın Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin rəhbərləri bir neçə saatlıq Ermənistanda olanda həm Ermənistan Baş naziri Nikol Paşinyan, həm də Ermənistan prezidenti Armen Sarkisyan və Ermənistanın hərbi rəhbərliyi ilə görüşməyi bacarıb.
“Joğovurd” nəşri yazır ki, həmin gün Ermənistanın artıq keçmiş Müdafiə naziri Davit Tonoyana əlamətdar zəng gəlib.
Ermənistan hökumətindən Davit Tonoyana bildiriblər ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu onunla görüşmək istəyir. Təbii olaraq razılıq verilib, bu görüş baş tutub. Keçmiş və indiki nazirlərin nə danışdıqlarını müəyyənləşdirmək elə də mümkün olmayıb.
Bəlkə də güman etmək olar ki, Rusiya Müdafiə naziri Ermənistan Müdafiə nazirindən digər suallarla yanaşı niyə istefa verdiyini soruşub.
Alpər Mövludoğlu
Ordu.az