Ordu.az xəbər verir ki, bunu Ermənistanda Üçmüədzində yerləşən hərbi hissənin qarşısında jurnalistlərə itkin düşmüş erməni hərbi qulluqçunun bacısı deyib.
"Uşağın filan yerdə olduğunu deyirik, amma heç kim tapmağa getmir", - deyə itkin düşmüş erməni hərbi qulluqçulardan birinin valideyni qeyd edib.
Aksiya iştirakçılarından biri deyib ki, qardaşı və üç dostu ilə orduya yazılıblar və Üçmüədzində yerləşən hərbi hissənin hərbi qulluqçuları ilə cəbhəyə gediblər. "Konkret biz 12 nəfərin komandiri olmayıb, dağın arxasında general gəlib, ondan kömək istəmişik, verməyib. İki post qabağa getmişik, bizə xəbərdarlıq etməyiblər ki, türklər artıq onları götürüblər", - deyə o qeyd edib.
Aksiya iştirakçıları bildiriblər ki, onların uşaqlarını Üçmüədzin hərbi hissəsindən aparıblar və bu hərbi hissədən geri qaytarılmasını istəyirlər: "Əraziləri çox cəld veririk, əsirləri isə qaytara bilmirik".
"Biz öz uşaqlarımızı istəyirik", - deyə itkin düşmüş erməni hərbi qulluqçuların valideynləri bildiriblər.
"Putinin, Trampın və ya Baydenin ayaqlarına düşməyə hazırıq. Kim istəyir olsun. Valideynlər var ki, artıq İlham Əliyevin adını verirlər. Nə etsinlər, variantları yoxdur, insan uşağı üçün hər şeyə hazırdır", - deyə aksiya iştirakçılarından biri qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az