“Politik.am” nəşrində dərc olunan məqalədə qeyd olunur ki, Paşinyanın sözlərinə görə, guya Rusiya kimi fövqəldövlətin rəhbəri həll vasitəçisi olduğu bir konfliktin incəliklərindən xəbərdar deyil.
“Bu, Putin halında xüsusilə məntiqli deyil, çünki o, ən azı 20 ildir Qarabağ problemi ilə məşğul olur və təsəvvür etmək çətindir ki, o, danışıqların tarixi barədə Azərbaycan Prezidenti İlham Əliyevdən məlumat alan insandan bəzi incəlikləri eşidə bilər. Xatırladaq ki, Baş nazir olduqdan aylar sonra Paşinyan İlham Əliyev vasitəsilə danışıqların tarixi ilə tanış olduğunu bildirmişdi.
Bütün bunlara noyabrın 17-də Rusiya prezidentinin onunla Paşinyanın Şuşa ilə bağlı müzakirəsi haqqında danışdığı əlavə olunsa, tamamilə bəlli olur ki, Paşinyan yenidən yalan danışır. Putin isə bu müzakirə haqqında demişdi: “Oktyabrın 19-20-də Əliyev və Paşinyanla telefon danışıqları aparmışdım, o vaxt Azərbaycan Qarabağın kiçik bir cənub hissəsini nəzarət altına götürmüşdü. Mən Prezident Əliyevi inandıra bilmişdim ki, hərbi əməliyyatları dayandırmaq olar, lakin Şuşa şəhəri də daxil olmaqla qaçqınların qaydışı onun tərəfindən məcburi şərt idi. Paşinyan mənə birbaşa şəkildə dedi ki, bunda Ermənistan və Qarabağın maraqlarına təhdid görür. Əlbəttə, mən onun hansı səbəblə belə dediyini başa düşmədim, axı hərbçilər yox, vətəndaşlar qayıdacaqdılar”.
Göründüyü kimi, Rusiya prezidenti artıq bildirib ki, Paşinyanın razılaşmamasının səbəbi onun üçün anlaşılmazdır. Belə çıxır ki, Paşinyan növbəti dəfə saxtakarlığa əl atır, lakin bu dəfə Rusiya prezidenti Putinin sözlərini saxtalaşdırır və bu, böyük ehtimalla onun üçün asan həzm edilən saxtakarlıqlardan olmayacaq”, - deyə nəşr qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az