Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, PUA-lar kəşfiyyat, müşahidə və nəzarət (ISR) fəaliyyətləri həyata keçirmək üçün istifadə olunacaq.
Hər hansı bir döyüş sursatı daşımayan “Falco EVO” PUA-ları Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən də istifadə olunur. Bundan başqa PUA-lardan Pakistan, Səudiyyə Ərəbistanı və Türkmənistan da istifadə edir.
PUA-nın maksimum qalxma çəkisi 650 kiloqram, uzunluğu 6,2 metr, qanadlarının uzunluğu 12,5 metr, hündürlüyü 2,5 metr, havada uçuş müddəti 20+ saatdır.
Sevinc Əliyeva
Ordu.az