Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Almaniya ordusunun gələn il nəzərdə tutulan büdcəsi artırılacaq.
Bildirilir ki, Almaniya ordusunun 2021-ci il üçün nəzərdə tutulan büdcəsi 46,93 milyard avro olacaq. Bu, əvvəlki illə müqayisədə 1.3 milyard avro çoxdur.
Qeyd olunur ki, büdcənin 12,2 milyard avroluq hissəsi investisiyalar üçün nəzərdə tutulub. Buraya Avropa ölkələri ilə gələcəyə yönəlmiş birgə layihələr, Fransa ilə HHM sistemi və döyüş texnikalarının istehsalı, Norveçlə sualtı qayıqların və raketlərin inkişaf etdirilməsi daxildir.
Sevinc Əliyeva
Ordu.az