İrəvan və Xankəndində gərgin vəziyyət: "Qanunla bizim əsgərlərimiz Qarabağda xidmət etməməlidir"

2020/11/25429-1606564668.jpg
Oxunub: 42389     15:56     28 Noyabr 2020    
Erməni hərbi qulluqçuların valideynləri Paşinyanın iki gün ərzində video mesajla çıxış etməsini və onların suallarının cavablarını verməsini tələb edirlər, əks təqdirdə başqa kəskin addımlara əl atmağa hazırdılar.

Ordu.az xəbər verir ki, Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası həyata keçirən, hazırda Qarabağda qulluq həyata keçirən müddətli erməni hərbi qulluqçuların yaxınları Baş nazir Nikol Paşinyana tələbnamə təqdim edirlər.

Onlar tələb edirlər ki, Baş nazir İctimai Televiziyanın efirində video mesajla Qarabağda olan, Ermənistan vətəndaşı olan müddətli hərbi qulluqçuları Ermənistan ərazisinə qaytarmaq prosesinin yollarını qeyd etsin.

Ermənistan Baş naziri ilə söhbət etmiş əsgər valideyni bildirib: "Mən hesab edirəm ki, bizim Baş nazirimiz yoxdur".

Ermənistanın "Hüququn gücü" ictimai təşkilatının həmtəsisçisi Arman Qaribyan öz "Facebook" səhifəsində yazıb ki, itkin düşmüş əsgərlərin valideynləri qısa müddət ərzində Xankəndinin əsas prospekti olan "Azatamartikner" prospektini bağlayıblar. Onun sözlərinə görə, valideynlər Arayik Harutyunyanla görüşmək üçün "prezident sarayı"na daxil olublar.

Bundan əlavə, 2008-ci ildə ölmüş hərbi qulluqçu Andranik Kirakosyanın anası Anahit Kirakoysan artıq 4 gündür ki, Ermənistan hökumətinin binası qarşısında aclıq aksiyası edir.

"Mənim Ermənistan hökumətindən gözləntim yoxdur", - deyə o bildirib.

Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası həyata keçirən hərbi qulluqçuların valideynləri bildiriblər ki, onların əsgərləri Qarabağda xidmət etməməlidir: "Qanunla götürsək, bizim əsgərlərimiz Qarabağda xidmət etməməlidir". Valideynlər arasında mübahisə də düşüb. "Gördün, rus "saldat"ına necə tort verdilər, bəs bizim erməni harada idi?".

"Uşağımın səsindən hiss edirəm ki, xəstədir. Nə qədər soyuq və nəm yerdə yatmalıdırlar? Müharibə iştirakçısını belə saxlayacaqlar?", - deyə etiraz edən valideynlər qeyd ediblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Məğlubiyyət  

İrəvan və Xankəndində gərgin vəziyyət: "Qanunla bizim əsgərlərimiz Qarabağda xidmət etməməlidir"

2020/11/25429-1606564668.jpg
Oxunub: 42390     15:56     28 Noyabr 2020    