Paşinyanın əsgər atasına cavabı: "İki nəfərlik kravat istəyirsən?"

2020/11/21990-1606564538.jpg
Oxunub: 4502     16:05     28 Noyabr 2020    
Ermənistan Baş naziri qısa müddət ərzində əsgərlərin yaşayış şəraiti məsələsini həll edəcəyinə söz verib, lakin valideynlər onun dediyinə inanmırlar.

Ordu.az xəbər verir ki, oğulları hazırda Qarabağda olan müddətli erməni hərbi qulluqçuların valideynləri Ermənistan hökumətinin binası qarşısında yenidən etiraz aksiyası həyata keçirirlər.

Dünən axşam Ermənistan Baş naziri Nikol Paşinyan valideynlərdən bir neçəsini qəbul etmişdi, onların narahatlıqlarını dinləmişdi və 2 gündə cavab verəcəyinə söz vermişdi.

Lakin valideynlər Paşinyanla görüşdən razı qalmayıblar, hər saatı övladlarının həyatı üçün təhlükəli hesab edirlər.

"Mən ona bir şey dedim, bu, onun xoşuna gəlmədi. Dedim ki, siz ali baş komandan, Baş nazir olaraq əsgəri unutmusunuz, əsgərlər unudulublar. Əsgərlərimizin hansı vəziyyətdə olduğunu təsvir etdiyimdə mənə dedi ki, iki nəfərlik kravat istəyirsən? Bu, cavabdır?", - deyə əsgər atası qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Məğlubiyyət  

Paşinyanın əsgər atasına cavabı: "İki nəfərlik kravat istəyirsən?"

2020/11/21990-1606564538.jpg
Oxunub: 4503     16:05     28 Noyabr 2020    