“Şübhəm yoxdur ki, Zod mədəninin böyük bir hissəsini ələ keçirdikdən sonra noyabrın 30-u gecə yarısı Azərbaycan Silahlı Qüvvələri Laçına da daxil olacaqlar, əsaslandıracaqlar ki, sənədə əsasən Laçın onlara qaytarılır”.
Ordu.az xəbər verir ki, bunu öz “Facebook” səhifəsində Ermənistan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Aşot Melkonyan yazıb.
“Artıq üçüncü həftədir KİV-lərdə sual qaldırmışam, müxtəlif yüksək dərəcəli rəsmilərə müraciət etmişəm ki, 9 noyabr bədnam bəyanatının daha pis bəndlərlə gizli əlavəyə sahib olub-olmadığını müəyyənləşdirim. Heç kimin cavabı yoxdur. Rəsmi açıqlama tələb edirəm”, - deyə Melkonyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan
Böhran