Paşinyanın istefası və kapitulyasiya sənədi haqqında nə danışırlar?| “Məlum olacaq ki, 150 minlik ordu ilə məğlub olmuşuq”

2020/01/9b7a8-1578916435.jpg
Oxunub: 10413     14:54     28 Noyabr 2020    
Ermənistanın ictimai-siyasi çevrələri, ekspertlər Paşinyanın imzaladığı kapitulyasiya sənədi, onun istefası haqqında müzakirələrə davam edir.

Ordu.az müzakirələrdən bir neçəsini təqdim edir:

Erməni siyasi-ictimai xadim Arman Sağatelyan öz “Facebook” səhifəsində yazıb ki, Paşinyan nəhəng yalan və manipulyasiya sisteminin piramidasının zirvəsidir və bu zirvənin əsasında destruktiv təriqətlərdə tətbiq olunan texnologiyaların birləşməsi var.

Ermənistan parlamentinin dövlət-hüquq məsələləri komissiyasının keçmiş sədri Hovhannes Sahakyan bildirib ki, kapitulyasiya aktı imzalamış hakimiyyətin fəaliyyətini davam etdirməsi dünyada görünməmiş bir şeydir.

““Putinlə bu gün iki dəfə danışmışam” tərifləmək mövzusuna və hakimiyyəti saxlamaq qarantına çevrilib”, - deyə Sahakyan qeyd edib.

İşğal altında olan Qarabağdakı qondarma qurumun sabiq “nümayəndəsi” Tiqran Abrahamyan öz “Facebook” səhifəsində yazıb ki, Nikol silahlı qüvvələrdə yeni respressiyalara getmək və həbslər sırasına başlamaq üçün sahə hazırlayır.

Ermənistanın “Vətən” partiyasının rəhbəri, Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyanın sözlərinə görə, cəmiyyətdə demək olar 100 faizlik konsensus formalaşıb ki, Paşinyan bir an öncə uzaqlaşmalıdır: “Müharibənin başlanğıcından bəri Nikol Paşinyanın bütün addımları hakimiyyəti nəyin bahasına olursa-olsun qoruyub saxlamağa düşünülüb”.

Ermənistanın “İrs” partiyasının sədri Narine Dilbaryan deyib ki, Nikol Paşinyan ölkənin əks tərəfində, əks reallıqda yaşayır: “Problem təkcə şəxs deyil, həm də onun gətirdiyi ideologiyadır”.

Erməni publisist Levon Cavaxyan qeyd edib ki, Nikol Paşinyan artıq öz xilasını yalnız gündəlik xumarlarda tapan tamamilə tükənmiş adam və siyasi xadimdir.

“İndi artıq Qarabağın təhlükəsizliyinin qarantı, təəssüf ki, erməni ordusu yox, Rusiyadır”, - deyə Cavaxyan vurğulayıb.

Erməni politoloq Stepan Danielyan öz “Facebook” səhifəsində yazıb ki, problem Paşinyanın uzaqlaşması deyil, problem ondan sonra kimlərin gələcəyi və nə edəcəyi məsələsidir: “Problem Baş nazir olaraq təqdim olunan şəxsin istefası deyil, o, əslində yoxdur və onun istefasını tələb etmək üçün enerji sərf etməyin mənası yoxdur”.

Ermənistanın birinci ombudsmanı, hüquq müdafiəçisi Larisa Alaverdyan casusluq şübhəsi ilə Ermənistan Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Hakobyana qarşı iş açmağı təklif edib.

Erməni hüquq elmləri doktoru Qor Hovhannisyan öz “Facebook” səhifəsində Nikol Paşinyanın noyabrın 27-dəki televiziya mesajına toxunaraq yazıb: “Bu, özünün bütün çıxışı zamanı guya mühasirəyə düşən qoşunun sayını bu şəkildə daim artırsın, sonda məlum olacaq ki, 150 minlik ordu ilə məğlub olmuşuq”.

Siyasi analitik Vadim Dubnov deyib ki, Paşinyan “topal ördək” statusundadır, kimin ona kömək edəcəyi, kiminlə ümidlər bağlaya biləcəyi və ən əsası ona hansı resursların qaldığı anlaşılmazdır. Dubnov Zod qızıl mədəni məsələsinə də toxunub: “Mənə elə gəir ki, Ermənistan Rusiyanın bu məsələdə İlham Əliyevlə necə danışacağını görməyi gözləyir, çünki Ermənistanın danışıq mövqeyi əhəmiyyətli dərəcədə zəifləyib”.

Ermənistanın keçmiş Müdafiə nazirinin müavini Artak Zakaryan yazıb ki, Nikol Paşinyan artıq Ermənistan ərazilərini güzəştə getməyə keçib və qürurlu vətəndaşı eşşək yerinə qoymağa yenə də davam edir.

“Yox, Nikol heç vax icazə verməyəcək ki, zombilər və beyinsizlər özlərinə gəlsinlər”, - deyə Zakaryan qeyd edib.

Ermənistanın Helsinki Komitəsinin sədri Avetik İşxanyan bildirib ki, noyabrın 27-dən baş verən və noyabrın 10-da bitən noyabrın 26-da Zodda davam edib, bu, erməni tarixində ən qara səhifələrindən biridir.

“Əgər mən hakimiyyət rəhbəri olsaydım, bu cür uğursuzluğa uğrasaydım, 5000 qurban versəydim, ölkənin yarısını hədiyyə etsəydim, inihar edərdim”, - deyə İşxanyan vurğulayıb.

Ermənistanın Konstitusion Hüquq Birliyi partiyasının rəhbəri Hayk Babuxanyan qeyd edib ki, ermənilər təkcə əraziləri itirməyib: “Biz təkcə əraziləri, beş min həyatı, ləyaqəti itirməmişik, biz həmçinin müstəqil dövlətçiliyi təhlükə altına atmışıq. İndi ilk növbədə Nikol və onun ətrafı bir an öncə uzaqlaşmalı və mühakimə edilməlidir”.

Ermənistanın “Vətəndaş qərarı” partiyasının üzvü Artak Kirakosyanın sözlərinə görə, Nikol Paşinyan məhz sabah uzaqlaşsa, gərgin atmosferin boşalması olacaq. “Aydın şəkildə formalaşdırılmalıdır ki, yeni Baş nazir hansı problemi həll etməlidir. Paşinyan kiminləsə danışıq aparmaq resursuna sahib deyil”, - deyə Kirakosyan qeyd edib.

Ermənistanın “VETO” ictimai-siyasi hərəkatının rəhbəri Narek Malyan öz “Facebook” səhifəsində canlı yayımda bildirib ki, bu gün Ermənistanda stul mübarizəsi aparan br nəfər var, bu şəxs Nikol Paşinyandır. Onun sözlərinə görə, Paşinyan minlərlə gəncin qanı bahasına stuldan yapışıb.

“Paşinyan öz mesajında “Minlərlə gənc kimə görə öldü, əlil oldu, vətənimizi itirdik?” əsas sualından yayındı”, - deyə Malyan əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran  

Paşinyanın istefası və kapitulyasiya sənədi haqqında nə danışırlar?| “Məlum olacaq ki, 150 minlik ordu ilə məğlub olmuşuq”

2020/01/9b7a8-1578916435.jpg
Oxunub: 10414     14:54     28 Noyabr 2020    