“Kapitulyasiya, alçaldıcı müqavilə ilə Ermənistanı məğlubiyyətə uğratmış, erməni xalqını qürur və ləyaqətdən məhrum etmiş hakimiyyət və şəxsən Nikol Paşinyan son səylə və nəyin bahasına olursa-olsun öz hakimiyyətinin xarabalıqlarını uzatmağa çalışır”.
Ordu.az xəbər verir ki, bunu Daşnaksütun təşkilatının Ermənistan ali orqanının üzvü Lilit Qalstyan iki ay ölkədə elan edilmiş hərbi vəziyyət zamanı müxalifətçiləri susdurmaq məqsədilə səlahiyyətlilərin həyata keçirdiyi səylərə toxunarkən deyib.
“Milli maraqlarımıza xəyanət etmiş hakimiyyət bu yolda heç nə qarşısında dayanmır. Əlbəttə, erməni xalqını bu şəkildə alçaltmış və dövlətçiliyimizi kollapsa çatdırmış, diplomatik, siyasi və hərbi cəbhələrdə biabırçı şəkildə uğursuz olmuş Baş nazirdən əxlaqi addım gözləmək perspektivsizdir”, - deyə Qalstyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan
Böhran