Ordu.az xəbər verir ki, bunu erməni hüquq müdafiəçisi Avetik İşxanyan öz “Facebook” səhifəsində yazıb.
“Əsrlər əvvəl təkcə dövlətini yox, həmçinin vətənini itirmiş yəhudilər kimi millətlər də olub, lakin onlar özlərində güc tapıblar, təxminən 2000 il sonra nəinki tarixi vətəni bərpa ediblər, həmçinin güclü dövlət yaradıblar.
Dövlət ənənələrinə malik olan, dövlətə hörmət edən hər hansı millət onu alçaltmış, məğlub etmiş rəhbərə dözməyəcək”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az