Ermənistanın Sünik vilayətinin Xnatsax kəndinə bitişik 8 kənd boşaldılır

2020/11/45454-1606382608.jpg
Oxunub: 17302     15:40     26 Noyabr 2020    
Dekabrın 1-dən Ermənistanın Sünik vilayətinin Xnatsax kəndi Azərbaycan ordusunun nəzarət etdiyi Laçın rayonu ilə birbaşa sərhəd kəndi olacaq.

Sünik vilayətinin Xnastax icmasının keçmiş rəhbəri Karo Tavadyan qeyd edir ki, evlərində sərhədə qədər olan məsafə 800 metrdir.

“Ermənistanda bu qədər yaxın 10 sərhəd kəndi varsa, biri biz olacağıq, təhlükəli zonaya düşürük”, - deyə Tavadyan bildirib.

Onun sözlərinə görə, üçtərəfli razılaşmaya əsasən, erməni tərəfi onların kəndində bitişik təxminən 20 km ərazini azərbaycanlılara təhvil verir, Tsitsernavank (Ağoğlan-red.) və daha 8 kənd bunun içindədir.

“Sakinlər artıq kəndlərdəki evlərini tərk edirlər, iki günün içində adam da qalmayacaq, mətbuata görə, bu kəndlər azərbaycanlılarla yenidən məskunlaşdırılacaq”, - deyə Tavadyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran  

Ermənistanın Sünik vilayətinin Xnatsax kəndinə bitişik 8 kənd boşaldılır

2020/11/45454-1606382608.jpg
Oxunub: 17303     15:40     26 Noyabr 2020    