Britaniyadakı azərbaycanlı icması BQXK-ya müraciət edib

2020/11/16062-1606228735.jpg
Oxunub: 469     18:38     24 Noyabr 2020    
Böyük Britaniyada yaşayan azərbaycanlı icması ermənilərə əsir düşən hərbçilərimizlə əlaqədar Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) müraciətlər göndərir.

Ordu.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Məlumata görə, Britaniya-Azərbaycan Cəmiyyətinin sədri Fəridə Pənahovanın imzası ilə BQXK prezidenti Peter Maurerə ünvanlanan məktubda Ermənistanla Azərbaycan arasında gedən 44 günlük döyüşlər zamanı əsir düşən azərbaycanlı hərbçilərin taleyi ilə bağlı narahatlıq ifadə olunub. Qeyd edilib ki, tərəflər arasında sülh razılığının imzalanmasına baxmayaraq, hərbçilərimizn Ermənistanda saxlanılmasına dair əsaslı dəlillər mövcuddur.

"Onlar Amin Musayev, Ruslan Rüstəmov və Bayram Kərimovdur. Ələ keçirilən zaman onların sağ olduğuna dair videoyazılar var. Bundan sonra ailə üzvləri onlarla əlaqə saxlaya bilməyiblər", - deyə məktubda vurğulanıb.

BQXK-nin rəhbərliyindən hər üç əsir əsgərimizin yerinin təsbit olunması və onların sağ-salamat evlərinə dönmələrini təmin etmək rica olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Britaniya   BQXK  

Britaniyadakı azərbaycanlı icması BQXK-ya müraciət edib

2020/11/16062-1606228735.jpg
Oxunub: 470     18:38     24 Noyabr 2020    