Nəşr məlumat vermiş vətəndaşların sözlərinə görə, indi “etibar etməmək” və ya “şübhə” əsası ilə daha pis rədd cavabı alırlar.
Məsələ burasındadır ki, Avropa ölkələrinin səfirliklərinin şübhələri var ki, bu vətəndaşlar ilk növbədə müharibə, daha sonra Ermənistanda yaranmış qeyri-sağlam mühit və mürəkkəb daxili siyasi vəziyyətlə əlaqədar olaraq ölkəni tərk etmək üçün sağlamlıq vəziyyətindən bəhanə kimi istifadə edirlər.
Lakin məlum olur ki, təkcə Avropa ölkələrinin səfirlikləri rədd cavabı verməyiblər və yalnız “sıravi” vətəndaşlar rədd cavabı almayıblar.
Nəşrin məlumatlarına görə, müharibə günlərində Ermənistan parlamentinin “Mənim addımım” fraksiyasının bir sıra deputatları və bir neçə digər rəsmilər viza almaq üçün Amerika Birləşmiş Ştatlarının Ermənistandakı səfirliyinə müraciət ediblər, amma rədd cavabı alıblar.
Hansı konkret məqsədlə müraciət etdiklərini və ya bu müraciətlərdən neçəsinin “iş xarakterli” olduğunu dəqiqləşdirmək mümkün olmayıb. Bununla belə, diqqətəlayiqdir ki, ABŞ səfirliyi müraciət edənlərdən hər hansı birinin (başqa mənbələrin məlumatına görə, böyük əksəriyyətinin) xahişini təmin etməyib.
Alpər Mövludoğlu
Ordu.az