Ermənistanda gündən-günə mürəkkəbləşən vəziyyət

2020/08/15846-1598078990.jpg
Oxunub: 687     20:38     24 Noyabr 2020    
Ermənistan bu müharibə və onun özü üçün fəlakətli nəticələri haqqında hələ uzun düşünəcək.

“Hraparak” yazır ki, ermənilər bu gün qarışıqlıq və şok içərisindədir və çox şeyi hələ başa düşmürlər.

“Və hələ də havada hansısa qeyri-müəyyən ümidlər və möcüzə gözləntisi var ki, hər şey o qədər də pis deyil, ilk baxışdan göründüyü kimi, hələ hansısa bir şeyi xilas etmək mümkünür.

Bir hissə ümid və inamla rus sülhməramlılarını izləyir və Rusiya prezidentinin açıqlamalarını təhlil edir. Digər hissə Avropa icmasına ümid bağlayır ki, ATƏT-in Minsk qrupu, ABŞ müdaxilə edəcək və tarixi ədaləti bərpa edəcək. Lakin bunlar daha realist çərçivədə bədbinlik, gələcəyin fəlakətli proqnozlarıdır.

Bu gün gözümüzün qarşısında kəndlər döyüşsüz ermənilərdən boşaldılır və Azərbaycan Silahlı Qüvvələri maneəsiz Qarabağ ərazisinə daxil olur. Hər gün insanların qaçırılması, əsir götürülməsi haqqında xəbərlər alırıq və Qarabağ-Ermənistan kommunikasiya yolları təhlükəsiz deyil.

Məlum deyil ki, Qarabağ ərazisində nə qalacaq və Qarabağın “sərhədləri” necə çəkiləcək. Zəif hissimiz var ki, erməni torpaqları üçün Rusiya-Azərbaycan ticarəti davam edir. İşıq kimi aydındır ki, Ermənistan və Qarabağın “rəhbərləri” nəinki vəziyyətə sahib deyillər, həmçinin o qədər çökmüş ruhi vəziyyətdədirlər ki, ruslara heç bir məsələdə etiraz etməyəcəklər, hətta onlar Xankəndi və İrəvanı tələb etsələr belə.

Suverenliyimizdən və qürurumuzdan demək olar ki, heç bir şey qalmayıb və erməni dövlətçiliyi saman qabığı kimi əzilir yalnız bir şey haqqında danışa bilərik ki, bənzər ruhi vəziyyətdə olan insanlar dövlətin başında qala bilməzlər, onların qalması vəziyyətimizi hər gün daha da mürəkkəbləşdirir”, - deyə nəşrdə dərc olunan məqalədə qeyd olunur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Məğlubiyyət  

Ermənistanda gündən-günə mürəkkəbləşən vəziyyət

2020/08/15846-1598078990.jpg
Oxunub: 688     20:38     24 Noyabr 2020    