Ordu.az xəbər verir ki, bunu Ermənistan Hərbi qulluqçuların sığorta fondunun qəyyumlar şurasının üzvü Mesrop Manukyan öz “Facebook” səhifəsində yazıb.
“Üstəlik, nazirlər və deputatlar qibtə ediləcək ardıcıllıqla öz bonuslarını alırdılar və bu gün də bonuslar mübarizəsi davam edir.
İndi artıq fakt qarşısındayıq.
Birdən-birə fonddan faydalananların sayı təxminən 8000 nəfər (ölmüş, 1-ci və 2-ci dərəcəli əlillik almış hərbi qulluqçular) artır. Sadəcə ilkin, birdəfəlik məbləğlər ayırmaq üçün fondda vəsaitlər yoxdur (fondda bu anda təxminən 32 milyard dram var, lakin təkcə birdəfəlik ödəniş üçün təxminən 70 milyard dram lazımdır).
Fondun bənzər vəziyyətdə sığortalanmasına baxmayaraq, problemin həlli üçün hansısa addım atılması nəzərə çarpmır. İtkin düşmüş hərbi qulluqçuların arğılı məsələsinə sonra toxunacam”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az