Ordu.az xəbər verir ki, bunu erməni politoloq Ara Vardanyan “Facebook” səhifəsində yazıb.
“Bəli, sizin uşağınızı xilas edib, 4750 uşağı isə qırıb. Hansısa xoş təsadüf prinsipi ilə sizin uşağınız sağ qaldı. Sizin evinizin çırağı sönməyib, 4750 evdə isə o söndü.
Bəli, sizin uşağınızı xilas edib, amma hamımızı şərəfsiz və biabırçı məğlubiyyətə gətirib çıxarıb.
Bir valideyn olaraq uşağınızın evə qayıtması münasibətilə sevincinizi başa düşürəm və bölüşürəm.
Amma erməni olaraq həm də sizdən xahiş edirəm, düşünün ki, o 4750 ölmüş əsgərin valideynləri nə desinlər?
Bəli, Nikol sizin uşağınızı xilas edib, amma 4750 başqa uşağı öldürüb.
Onun xilaskar, yoxsa serial qatil olduğunu başa düşmək qalır”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az