Azərbaycanlı icması Brüsseldə "Artsax" ofisinin açılması və qondarma rejimlə diplomatik əlaqələr qurulmasına etiraz edir

2020/11/16062-1606218780.jpg
Oxunub: 573     15:51     24 Noyabr 2020    
Belçikadakı azərbaycanlı icması Azərbaycanın ərazi bütövlüyünün tanınması və işğalçını dəstəkləyən addımların atılmaması ilə bağlı Belçika Parlamenti və Avropanın bir sıra beynəlxalq qurumlarına müraciət edib.

Ordu.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, Belçika Parlamentinin rəhbərliyinə, Xarici İşlər Nazirliyinə, bu ölkənin Azərbaycandakı səfirliyinə, Avropa Birliyinə, bütün siyasi partiyalara və digər qurumlara ünvanladığı müraciətdə qeyd edilib ki, Azərbaycan ordusunun Qarabağda qazandığı qələbəni həzm edə bilməyən erməni separatçıları və onların diaspor adı altında fəaliyyət göstərən havadarları yenidən hərəkətə keçiblər. Onlar Niderland və Belçika parlamentlərində olan bəzi anti-Azərbaycan qüvvələri ilə birlikdə Dağlıq Qarabağdakı qondarma və cinayətkar rejimin tanınması ilə bağlı addımlar atılmasına cəhdlər göstərirlər. Belə cəhdlərdən biri Brüssel şəhərində "Artsax" ofisinin açılması və qondarma rejimlə diplomatik əlaqələrin qurulmasına dair məsələnin gündəmə gətirilməsidir. Yaxın günlərdə bu məsələnin Belçika parlamentində müzakirəyə çıxarılması gözlənilir.

Bu addıma kəskin etirazını bildirən azərbaycanlı icması xəbərdarlıq edib ki, Azərbaycanın dünya birliyi, o cümlədən Belçika dövləti tərəfindən tanınan ərazi bütövlüyünə zidd olan belə qərarın qəbulu beynəlxalq hüquq və normalara zidd olmaqla yanaşı, həm də Azərbaycan-Belçika əlaqələrinə, Avropa İttifaqı ilə Azərbaycanın münasibətlərinə zərbə vura bilər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Belçika   Etiraz  

Azərbaycanlı icması Brüsseldə "Artsax" ofisinin açılması və qondarma rejimlə diplomatik əlaqələr qurulmasına etiraz edir

2020/11/16062-1606218780.jpg
Oxunub: 574     15:51     24 Noyabr 2020    