Ermənistan parlamentinin müdafiə məsələləri üzrə komissiyasının sədri Andranik Köçəryan itkin düşmüş hərbi qulluqçuların valideynlərinə deyib ki, Ermənistan Müdafiə nazirinin müavini Qabriel Balayan vəzifəsindən azad edilib.
“Balayan vəzifəsindən azad edilib, o, artıq işləmir”, - deyə Köçəryan bildirib.
Ermənistan Müdafiə Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Gevorq Altunyan Balayanın azad edilməsi ilə bağlı verilən suala cavab olaraq bildirib ki, onlar bənzər məlumata sahib deyillər.
Alpər Mövludoğlu
Ordu.az