Müəllif, serb publisist Ranko Qoykoviç qeyd edir ki, son bir neçə ay ərzində dünyanın və serb icmasının diqqəti Dağlıq Qarabağda hökm sürən vəziyyətə, daha doğrusu, Ermənistan və Azərbaycanın müharibəsinə yönəlmişdi.
Müəllifin sözlərinə görə, Ermənistanın “Qarabağ klanı” Rusiya ilə əməkdaşlığa yönəlmişdi, Paşinyanı isə hakimiyyətdən bütün rusyönümlü ünsürləri uzaqlaşdırmaq ölkənin təhlükəsizliyindən daha çox narahat edirdi.
“Paşinyan və Ermənistanın qərbyönümlü hökuməti milli fəlakətin əsas günahkarıdır”, - deyə serb publisist bildirib.
Alpər Mövludoğlu
Ordu.az