“Ermənistan Baş naziri Nikol Paşinyan və Harutyunyanın görüşlərində keçmişdə həm Ermənistan, həm də Qarabağın (qondarma qurum – red.) “bayraqları” qoyulurdu, bu dəfə isə yalnız Ermənistanın bayrağı var idi, bunun iki izahı ola bilər”.
Ordu.az xəbər verir ki, bunu jurnalistlərlə görüşdə erməni polis polkovniki Sayat Şirinyan deyib.
“Nikol Paşinyan nəinki Qarabağı təhvil verdi, nəinki 5000-dən artıq qurbanımızın qanı onun vicdanında qaldı, həmçinin cəmiyyəti parçaladı. Nikol Paşinyan siyasi meyitdir. Və bu leş, ölmüş heyvan sadəcə pis qoxu yayır. Yalnız leşi basdırmağımız qalıb ki, pix qoxu yayılmasın. Onun çox qəddar sonu olacaq. Həm o, həm onun ailəsi, həm də onun nəsilləri lənətlənəcəklər. Paşinyanın iki yolu var - uzaqlaşmaq və bütün məsuliyyəti daşımaq, yaxud intihar etmək”, - deyə Şirinyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan
Böhran
Paşinyan