“İndi, təəssüf ki, dekabrın 1-dən Ermənistan-Azərbaycan sərhədinin 410 kilometr uzanacağı, Türkiyənin Ermənistana hücumuna dair gizli “Altay” planı, bu plana əsasən 2021-ci ilin martına qədər Qarabağ və Zəngəzur məsələsinin tamamilə həll edilməli olduğu artıq baş verdikdə, nə edirik...?”
Ordu.az xəbər verir ki, bu barədə “Ermənistan Respublikası” gündəlik qəzetinin jurnalisti Armenuhi Melkonyan yazıb.
O, yaranmış çıxılmaz vəziyyətlə bağlı bir sıra cavabsız suallar ünvanlayıb: “Keçmiş Ədliyyə naziri Gevorq Danielyan mümkün qədər qısa müddət ərzində və ən ciddi arqumentlərlə Əliyevin rəsmi addımlarına cavab vermək lazım olduğunu xəbərdarlıq etdikdə, indi nə edirik...?
Beynəlxalqşünas Suren Sarkisyan yaxın gələcəkdə ağır reallıqlarla üzləşəcəyimizi söylədikdə, bütün bunlardan sonra nə edirik...?
Cəmiyyətin bitərəf hissəsi komadadır. Niyə sakitdirlər? Çünki düşünürlər ki, Rusiya onların təhlükəsizliyinin qarantıdır? Bəs sabah? Düşünürlər ki, müharibə başa çatdı...?”.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan-ordusu
Ermənistan
Böhran