“Joğovurd” nəşrinin məlumatlarına görə, 17 partiya üç namizədi - Vazgen Manukyan, Artur Vanetsyan və Hrant Baqratyanı müzakirə edib. Qeyd olunan namizədlərdən Rusiya Vazgen Manukyana üstünlük verib.
“Üstəlik, məlumatlarımıza görə, Vazgen Manukyan bu yaxınlarda öz namizədliyini müzakirə etmək üçün Moskvaya gedib. Lakin bu, yaxın gələcəkdə onun Ermənistanın Baş naziri olacağı demək deyil, sadəcə o, qarşıdakı aylarda idarəetməyə keçidə və həm də azad, ədalətli seçkilərin keçirilməsinə zəmanət verəcək müvəqqəti hökumətin rəhbəri olacaq.
Yəni, Manukyan qısamüddətli hökumətin rəhbəri olacaq. Nə qədər təəccüblü görünsə də, bütün bunlara paralel olaraq Ermənistan Baş naziri Nikol Paşinyanın Ermənistan vətədaşları arasında xeyli sayda tərəfdarının olduğu məlum olur. Nəşr bu mövzu ətrafında Vazgen Manukyanla danışmağa çalışıb, lakin sonuncu qəti şəkildə suallara cavab verməkdən imtina edərək bildirib ki, müsahibələr vermir”, - deyə nəşr yazır.
Alpər Mövludoğlu
Ordu.az