Ordu.az xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin binası qarşısında Ermənistan Baş naziri Nikol Paşinyanın köməkçisi Nairi Sarkisyanla görüşdə itkin düşmüş hərbi qulluqçu olan qardaşların anası deyib.
“Biz futbol topu kimi Qırmızı Xaça, Baş Qərargaha, xəstəxanaya getmişik. 2 oğlan, 2 qardaş göndərmişəm, heç biri yoxdur. Hökumət stullarınızda oturmusunuz və bizi görməzdən gəlirsiniz”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az