Müharibədə Ermənistan ordusuna Anna Hakobyan rəhbərlik edib

2020/09/image-1599213927.jpg
Oxunub: 914     15:47     24 Noyabr 2020    
Ermənistan Müdafiə Nazirliyinin bir neçə gün öncə istefa vermiş baş müfəttişi, erməni general Movses Hakobyanın dodaqlarından həqiqət səsləndi.

“168.am” nəşrində dərc olunan məqalədə qeyd olunur ki, həqiqət bir qayda olaraq sərt və qəddar, güzəştsiz və bağışlanmaz olur.

“Bu həqiqəti eşitdikdən sonra biz kimisə bağışlaya bilərikmi, özümüz özümüzü bağışlaya bilərikmi, özümüz özümüzlə dinc və sakit yaşmağın yolunu tapa bilərikmi?

Biz deyiblər ki, biz dövlətik və biz inanmışıq, çünki dövlətə, dövlətçiliyə malik olan hisslə yaşamaq gözəldir. Bizə deyiblər ki, biz insanıq və biz inanmışıq, çünki insan, təbii varlıq adlanmaq və bu hisslə yaşamaq yenə də gözəldir. Lakin məlum olur ki, uşaqlar palçıqdan və qumdan ev və binalar inşa edəndə, onları şəhərlər və ölkə adladıranda biz dövlətçiliyə sahib olmaq əvəzinə evcik-evcik oynayanların oyun meydanına sahib olmuşuq.

Dövlətçilik əvəzinə isə şirin ailə, aşağı səviyyəli doğma münasibətləri - plebey ambisiyalarına xas olan həyat yoldaşım, oğlum, ailəm olub, başqa heç nə. Bu qədərindən sonra məgər biz insan, təbbi varlıq adalanmaq hüququna sahibik, bənzər xoş hissə malik olmaq dürüstlükdür, yoxsa sadəcə müəyyən ərazidə, otlaqda yaşayan heyvanlarıq?

Məlum olur ki, müharibəyə Anna Hakobyan rəhbərlik edib. Bu xanım sərbəst şəkildə komanda məntəqəsinə daxil olub, ekranda canlı yayımda döyüş əməliyyatlarını izləyib, təbii olaraq nəticələr çıxarıb və qərarlar qəbul edib. Qərarları komandirlərin iştirakı ilə elan etməyib, çünki, general Hakobyanın dediyinə görə, xanım tamamilə səssiz olub, amma məntiqlidir ki, birinin yanında elan edib, əks halda niyə gəlməli və iştirak etməli idi?”, - deyə məqalədə bildirilir.

Məqalənin müəllifi bildirir ki, bu bir nəfər təbii olaraq onun əri olan ali baş komandandır.

“Təsəvvür edirsiniz, bu qadının ərinin məşuqələri var idi, bu halda müharibənin idarə edənlər arasında oturmaq üçün məşuqələr komanda məntəqəsində idilər, mən buna guya təsəlli deyirəm. Bircə deməyin ki, qadın maraqlı kinoya baxmağa gəlmişdi, sadəcə onun üçün həvəs idi. Necə deyərlər, ilan öz qarnı, quş öz qanadı ilə müharibə zamanı komanda məntəqəsinə daxil ola bilməzdi.

Lakin bu qadın yüksək rütbəli hərbçi, hətta hökumət üzvü (onların da girişi qadağan edilib) olmayaraq, müharibə əməliyyatlarına rəhbərlik etmək və ya onlara müdaxilə etmək hüququna sahib olmayaraq yalnız Baş nazirin həyat yoldaşı olmaq hüququ ilə bu qapalı, gizli əraziyə daxil olub.

Bu dövlətdir, yoxsa evcik-evcik oynayanların oyun meydançası, baş verən müharibə idi yoxsa, uşaqların döyüş-döyüş oyunu? Bu qədərindən sonra biz adam, təbii varlıq adlanmaq hüquqa sahibik, yoxsa yox? Məgər dövlətə, dövlətçiliyə sahib olmağa layiqik və nə düşünürsünüz, bu müharibədə bənzər gözəl ailə idarəetməsi ilə qalib gələ bilərdik?

İllər əvvəl, 2010-cu il dekabrın 3-də Vilayət-konsert kompleksində opera müğənnisi Plasido Dominqonun konsertindən əvvəl ölkə prezidentinin tədbirlər proseduru şöbəsinin işçiləri İrəvan şəhərinin başçısı Qaqik Beqlaryanın həyat yoldaşına demişdilər ki, oturduğu yerdən ayağa qalxsın və başqa yerdə otursun. Bundan sonra təhqir edilmiş şəhər başçısı bu sözü deyənlə haqq-hesab çürütmüşdü, bu reallığı ümumilli qiyama, qınaq mövzusuna çevirmişdik.

Üstəlik, bu hekayəyə və cəmiyyətin narazılığının böyük dalğasına görə günlər sonra, dekabrın 8-də Qaqik Beqlaryan şəhər başçısı vəzifəsindən istefa verdi. Bu cür davranış qəbuledilməz və dözülməz idi, üstəlik də dövlət rəsmisi, İrəvanın şəhər başçısı halında. Bu gün isə genişmiqyaslı müharibənin qızğın anında Paşinyanın həyat yoldaşı Anna Hakobyana birmənalı və mübahisəsiz şəkildə lazımi fikri bildirdiyinə görə general-polkovniki bir telefon zəngi ilə döyüş meydanından İrəvana çağırırlar və hava-su kimi kimi lazım olduğu müharibə zonasına qayıtmağı qadağan edirlər və biz qəlbimizlə səssizik.

Bu ailə şıltaqlıqları, kişi və qadının münasibətləri nəticəsində müharibədə məğlub olduğumuz halda başgicəllənmə almaq, huşunu itirmək əvəzinə şən və xoşbəxtik, əl çalırıq, sanki göydən qida yağıb. Kimsə məsuliyyət tələb edirmi ki, qızğın müharibə əməliyyatları zamanı komanda məntəqəsində bu qadının nə işi var idi və hansı hüquqla orada idi? İnsan, təbii varlıq adlanmaq üçün cəmiyyətimizin çox məhdud hissəsinin bu gün ehtiyacının olduğu açıqlama verən biri var?

Yoxsa təsəlli var ki, Məryəm komanda məntəqəsində müharibə əməliyyatlarını birbaşa göstərən ekranın qarşısında olmayıb, amma ola bilərdi, elə deyil? Biz dinləmirik, bizə çatmır ki, müharibə zamanı istifadə olunmamış yanlış silah növləri alınıb. Başa düşmürük ki, müharibə zamanı ordu komplektləşdirilməyib, Milli Təhlükəsizlik Xidmətinin xüsusi dəstəsi kimi vacib bölmələr məqsədyönlü şəkildə istifadə edilməyib.

Düşünmürük ki, Rusiyaya yardım etmək, dəstəkləmək xahişi ilə gec müraciət etmişik. Əvəzində fəxr edirik ki, Baş nazirimiz Ermənistana səfər etmiş Rusiya prezidentini qəbul etmədi, İkinci Dünya müharibəsində qazanılmış müharibənin 75 illiyi münasibətilə Vladimir Putinin dəvətini rədd etdi.

Biz ən azından Ermənistanın qürurlu vətəndaşı kimi bundan özümüzü yaxşı hiss edirik, çünki nəticələri təhlil etmək iqtidarında deyilik. Biz başa düşmürük ki, cahil yanaşma olub, şıltaqlıq və ambisiya prioritet və özünə xidmət edən fəaliyyət olub, bunun nəticəsində bu qədər insan itkilərimiz, ərazi itkilərimiz, nəhayət Qarabağın itirilməsi oldu.

Biz yalnız şadıq, açıq şəkildə sevinirik ki, Qarabağ problemindən qurtulduq, vətənimizin bir hissəsini itirdik, nəticədə digər hissə tam şəkildə təhlükə altındadır. Müstəqilliyimizi itirmək təhlükəsi qarşısında dayandığımızı başa düşmürük, çünki heç vaxt onun dəyərini dərk etməmişik. Yalnız dövlətçilik hissindən məhrum olan Müdafiə naziri qadının şıltaqlığı nəticəsində üstün ola, müharibənin qızğın dövründə öz generalını döyüş sahəsindən çağıra və deyə bilər ki, sən ora qayıtmamalısan.

Və hələ istefa verməyə borclu olduğuna təəccüblənir. Maraqlıdır, bu faktın mövcudluğu şəraitində başqa hansı əsasladırmaya ümid edib? Təsəvvür edirsiniz, dördgünlük müharibə zamanı Ermənistanın birinci xanımı Rita Sarkisyan komanda məntəqəsində oturmuş olsaydı, Serj Sarkisyanın başına nə gətirmiş olardıq? Hələ o müharibədə məğlub olmamışdıq.

Biz hazırıq, sülhə razıyıq ki, başımıza vursunlar, Serj vuranda “kx” deyirdik, Nikol başımıza vuranda isə siqaret çəkirdik, “oxay” deyirdik. Bu qədərindən sonra biz məgər dövlətə, dövlətçiliyə sahib olmaq, adam, təbii varlıq adlanmaq hüququna malikik? Birmənalı olaraq yox”, - deyə məqalədə qeyd olunub.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Məğlubiyyət  

Müharibədə Ermənistan ordusuna Anna Hakobyan rəhbərlik edib

2020/09/image-1599213927.jpg
Oxunub: 915     15:47     24 Noyabr 2020    