Türkiyə Prezidenti: Türkiyə Dağlıq Qarabağda ədaləti və azadlığı dəstəkləyir

2020/11/cropp-1605453692.jpg
Oxunub: 851     21:00     22 Noyabr 2020    
“Türkiyə NATO-nun Suriyada İŞİD terrorçularına qarşı mübarizə aparan yeganə ölkəsidir”.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Bizim ölkəmiz terrorizmin, münaqişələrin qarşısının alınması və sabitliyin təminatı təhlükəsinin aradan qaldırması üçün səy göstərir. Bir sıra dövlətlərin terrorizmin təzahürlərinə qarşı mübarizədə Türkiyə ilə əməkdaşlıqdan imtinasına baxmayaraq, Ankara öz qüvvələri ilə 9 minə qədər xarici muzduru - terrorçunu ələ keçirdi və öz ölkələrinə deportasiya etdi", - prezident deyib.

Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, bu gün Türkiyə Suriyada, Liviyada, Aralıq dənizinin şərq hissəsində, İraqda, Fələstində və Dağlıq Qarabağda ədaləti və azadlığı dəstəkləyir. "Biz yalnız öz vətəndaşlarımızın və əhalimizin təhlükəsizliyinin təmin olunmasına can atmırıq, həm də regional səviyyədə sabitliyi və sülhü müdafiə edirik", - Ərdoğan deyib.

Türkiyə lideri vurğulayıb ki, dünyanın nizam sistemini, ümumbəşər dəyərlərini, həmçinin ədalət və təhlükəsizlik prinsiplərini nəzərə almayan uğur qazanmaq şansına malik deyil.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ərdoğan   Azərbaycan   Qarabağ  

Türkiyə Prezidenti: Türkiyə Dağlıq Qarabağda ədaləti və azadlığı dəstəkləyir

2020/11/cropp-1605453692.jpg
Oxunub: 854     21:00     22 Noyabr 2020    