Makron Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf etdi - VİDEO

2020/09/a88a2-1601458465.jpg
Oxunub: 11630     20:02     22 Noyabr 2020    
Fransa prezidenti Emmanuel Makronun Dağlıq Qarabağın Azərbaycan ərazisi olmasını etiraf etdiyi videogörüntü yayılıb.

Ordu.az xəbər verir ki, videogörüntünü Paris Azərbaycan Evinin rəhbəri, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva özünün “facebook” sosial şəbəkəsindəki hesabında paylaşıb.

O, Fransa prezidentinin çıxışından da sitat gətirib. Mirvari Fətəliyeva bildirib ki, Emmanuel Makron 7 rayonun Azərbaycana aid olduğunu qeyd edib.

Fransa prezidenti deyib ki, beynəlxalq hüquqa əsasən bu ərazilər Azərbaycana məxsusdur. Makronun sözlərinə görə, bu rayonlar Azərbaycan ərazisidir və əgər suveren xahişlər yoxdursa, bu məsələyə qarışmamaq lazımdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ   Azərbaycan  

Makron Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf etdi - VİDEO

2020/09/a88a2-1601458465.jpg
Oxunub: 11633     20:02     22 Noyabr 2020    