“Razılaşmanı mən, Əliyev və Paşinyan hazırladıq” - Putin

2020/10/16039-1603986746.jpg
Oxunub: 551     16:46     22 Noyabr 2020    
"Rusiya Dağlıq Qarabağla bağlı razılaşmanın əldə olunmasında yalnız vasitəçi rolunu oynadı və tərəflərin dinc ayrılması üçün öhdəliklər götürdü".

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin "Rossiya 1" telekanalına müsahibəsində bildirib.

"Rusiya yalnız vasitəçi rolunu oynadı və tərəflərin sülh yolu ilə ayrılmasını həyata keçirmək üçün bu sənəddəki öhdəlikləri öz üzərinə götürdü. İndi etdiyimiz şey budur", - deyən Putin saziş müəlliflərinin Rusiya, Ermənistan və Azərbaycan olduğunu vurğulayıb.

"Mətnin özünə gəldikdə, biz bunu üçümüz etdik - mən, əlbəttə ki, Prezident Əliyev və baş nazir Paşinyan. Başqa mümkün deyildi, çünki bu iki tərəf arasında razılaşma idi".

Putin razılaşmanın bütün tərəflər üçün çətin, eyni zamandan enerji aparan proses olduğunu əlavə edib.

"İşin mahiyyətinə görə, vasitəçi rolunu oynamalı oldum, onların tələblərini, mətnlə bağlı narazılıqlarını dinlədim",- deyə Putin əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Qarabağ  

“Razılaşmanı mən, Əliyev və Paşinyan hazırladıq” - Putin

2020/10/16039-1603986746.jpg
Oxunub: 554     16:46     22 Noyabr 2020    