Erməni hərbi həkim: “Paşinyan, niyə bu oğlanlara dəbilqə və zirehli gödəkçə vermədin?”

2020/11/25bfe-1606043244.jpg
Oxunub: 1392     15:05     22 Noyabr 2020    
“Müharibə günlərində qurbanlarımızın böyük hissəsinin qarın və sinə nahiyəsindən yaraları olub”.

Ordu.az xəbər verir ki, bunu noyabrın 21-də İrəvanda Azadlıq meydanında təşkil edilmiş mitinqdə erməni hərbi həkim Taron Tonoyan deyib.

“Mən Cəbrayılda, sonra Hadrutda, Azıxda, Xankəndidə olmuşam. İlk günlərdə yuxarı və aşağı ətrafların xəsarətləri ilə yaralılar gəlirdilər. Niyə? Çünki qoşunumuz mütəmadi şəkildə döyüşürdü, əsgərlərin dəbilqə və zirehli gödəkçə çatışmazlığı var idi. Bütün oğlanlar artıq sinə və qarın nahiyəsindən ən ağır yaralarla gəlirdilər, ölümlərin böyük hissəsi bundan idi. Nikol Paşinyan, sənə ittiham irəli sürürəm, niyə bu oğlanlara dəbilqə və zirehli gödəkçə vermədin?”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran  

Erməni hərbi həkim: “Paşinyan, niyə bu oğlanlara dəbilqə və zirehli gödəkçə vermədin?”

2020/11/25bfe-1606043244.jpg
Oxunub: 1395     15:05     22 Noyabr 2020    