Ermənistan mətbuatı “İsgəndər” raketləri ilə vurula biləcək Azərbaycana məxsus obyektlərin siyahısını yayır

2019/03/34534-1552911443.jpg
Oxunub: 1792     15:56     22 Noyabr 2020    
Ermənistanın “razm.info” adlı hərbi saytı “İsgəndər” raketləri ilə vurula biləcək Azərbaycana məxsus obyektlərin siyahısını yayıb.

Nəşr qeyd edib ki, “İsgəndər” raketlərinin üzərinə tuşlanmadığı Azərbaycanın strateji əhəmiyyətli infrastrukturlarının hansılar olduğunu növbə ilə təqdim edəcək.

“Azərbaycan son illərdə Silahlı Qüvvələrin idarəetmə keyfiyyətini qaldırmaq istiqamətində çox ciddi iş görmüşdü. Rəqibin ali idarəetmə halqalarının işini pozmaq müharibədə sıçrayış etmək üçün zəruri (lakin yetərli olmayan) addımlardan biri olardı.

Azərbaycan Silahlı Qüvvələrinin ali idarəetmə halqaları Bakının qərbində yerləşir. Peyk şəklindəki Azərbaycan Müdafiə Nazirliyinin, Baş Qərargahın kompleksləridir, eləcə də peyk rabitə stansiyasıdır.

Yaxınlıqdakı Dövlət Təhlükəsizlik Xidmətinin binasıdır. Ordu idarəetməsinin ən vacib halqası Azərbaycanda Baş Qərargahın əməliyyat idarəetmə mərkəzidir və bu, Baş Qərargahın binasında yerləşir.

Mərkəz 2018-ci ilin payızında peyk rabitə stansiyası ilə birlikdə açılmışdı. Məhz bu mərkəzdə real zaman rejimi var idi, eləcə də peyk rabitəsi vasitəsilə cəbhədə hökm sürən vəziyyət haqqında bütün informasiya toplanırdı, məhz burada qərarlar qəbul edilirdi və qoşunlara müvafiq əmrlər göndərilirdi”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Ermənistan   Böhran  

Ermənistan mətbuatı “İsgəndər” raketləri ilə vurula biləcək Azərbaycana məxsus obyektlərin siyahısını yayır

2019/03/34534-1552911443.jpg
Oxunub: 1793     15:56     22 Noyabr 2020    