“Qarabağın 70 faizini itirmişik, 5000 qurbanımız oldu” - Vanetsyan

2020/02/Untit-1580554143.jpg
Oxunub: 1294     13:51     22 Noyabr 2020    
“Nikol Paşinyan cəmiyyəti qara və ağa bölərək bütün siyasi partiyaların siyasi gündəmlərini məhv etdi, ağ və qara gündəm, nifrət gətirdi”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu noyabrın 21-də jurnalistlərə açıqlamasında Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, “Vətən” partiyasının sədri Artur Vanetsyan deyib.

Vanetsyanın sözlərinə görə, Ermənistan hakimiyyəti yalnız manipulyasiya edə bilir, başqa heş bir şey edə bilmir.

“Nikol adı erməni dilinin izahlı lüğətlərində xainin sinonimi olacaq. İnsanlar, başa düşün, oyanın, ölkəni itiririk, ölkəni itirmişik”, - deyə o bildirib.

Vanetsyan qeyd edib ki, Nikolun getməsindən sonra hələ bu adamın kim olduğunu başa düşmək lazımdır: “Bəli, mən məsuliyyəti üzərimə götürməyə hazıram, amma ölkəmizin xilası prosesində harada olacağıma hamımız qərar verəcəyik. Mən Baş nazir olmağa hazır olduğumu deməmişəm. Mən məsuliyyəti üzərimə götürməyə hazır olduğumu demişəm”.

O bildirib ki, bu gün erməni müxalifətinin problemi ölkənin xilasıdır.

“Qarabağın 70 faizini itirmişik, 5000 qurbanımız oldu, koronavirus nəticəsində təxminən 1500 qurbanımız oldu. Dağılmış iqtisadiyyata sahibik. Ölkə məhv olur”, - deyə Artur Vanetsyan vurğulayıb.

Onun sözlərinə görə, təyyarələr uçmağa başlayanda erməni xalqının 50 faizi mühacirət edəcək.

“Siz dünən Respublika meydanında nə olduğunu gördünüz? Ermənistan bayrağını dalğalandırdıqlarına görə gənc qızları və oğlanları döyərək həbs etdilər, ümumi olaraq 85 nəfər”, - deyə Ermənistan MTX-nin keçmiş direktoru bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran   Paşinyan  

“Qarabağın 70 faizini itirmişik, 5000 qurbanımız oldu” - Vanetsyan

2020/02/Untit-1580554143.jpg
Oxunub: 1295     13:51     22 Noyabr 2020    