PUA-lar Azərbaycana Ermənistanı məğlub etməsinə necə kömək etdi? – Hindistanlı ekspert

2020/11/433-1606027080.jpg
Oxunub: 1744     14:20     22 Noyabr 2020    
Ermənistanla Azərbaycan arasında müharibə sona çatdı, hər iki tərəf razılaşmanı imzalamağa qərar verdi.

Hindistanlı ekspert Şexar Qupta qeyd edir ki, son onilliklərdəki əksər müharibələrdən fərqli olaraq, bu müharibədə qələbə qazanan və məğlub olan tərəflər var, yəni müharibə Azərbaycanın qələbəsi, Ermənistanın məğlubiyyəti ilə sona çatıb.

Ötən əsrdə baş verən müharibələrdən on illər sonra yaranmış vəziyyət müasir müharibələrə ciddi təsir göstərə biləcək şəkildə çevrildi.

“(Bu), həqiqətən, müasir döyüş tarixində, demək olar ki, tamamilə pilotsuz döyüşlərin gücü ilə qazanılan ilk müharibədir”, - deyə Qupta qeyd edib.

Ermənistanla Azərbaycan arasında müharibə 27 sentyabrda başlayıb. Ermənistan yalnız tanklar, toplar və hava hücumundan müdafiə sistemləri ilə mübarizə apararkən, Azərbaycan daha çox pilotsuz uçuş aparatları, xüsusən də Türkiyə istehsalı olan “Bayraktar TB2” və İsrail istehsalı kamikadze tipli “Harop” PUA-larından istifadə edirdi. İki pilotsuz aparat müvafiq olaraq 55 kq və 15 kq-a qədər bomba daşıyır.

“Bunlar bahalıdır, lakin düşmənlərinizi, xüsusən də düşmənlərinizin raket batareyalarını, hava müdafiə radarlarını hədəf almaq üçün çox faydalı olan pilotsuz aparatlardır, çünki bunların hamısı radiasiya yayır”, - deyə Qupta bildirir.

Azərbaycan necə qələbə çaldı?

Qupta açıq mənbələrə istinad edərək qeyd edir ki, Ermənistanın itkiləri Azərbaycanın itkilərindən 6 dəfə çoxdur.

“PUA hücumlarının qarşısını almaqdan məhrum olsanız, zirehli maşınlar və ya tanklar onlar üçün açıq hədəfdir. PUA üstünlüyünüz varsa, onsuz da tanklarla tanklara qarşı mübarizə apara bilməzsiniz”, - deyə hindistanlı ekspert bildirir.

O izah edir ki, Azərbaycan cütqanadlı təyyarələrdən (AN-2) istifadə edərək ağıllı taktika tətbiq edib. Qupta qeyd edir ki, azərbaycanlılar təyyarəni birdəfəlik istifadə ediləbilən pilotsuz təyyarəyə çevirdilər və onu Ermənistanın mövqelərinə göndərdilər, nəticədə erməmilər böyük bir təhlükə olduğunu düşündülər.

Ermənilər radar və raket batareyalarını işə salmaqla mövqelərini aşkar etdilər. Bölgəni əhatə edən Azərbaycan PUA-ları əraziyə daxil olaraq onları məhv etdi. Demək olar ki, Ermənistanın bölgədəki bütün Hava Hücumundan Müdafiə sistemləri sıradan çıxarıldı.

PUA-ların üstünlükləri

PUA-nın verdiyi üstünlüyü izah edən Qupta qeyd edir ki, bu, nə gələcəyini və hardan gələcəyini bilməyən əsgərlərin əzminə dağıdıcı təsir göstərir.

O qeyd edir ki, PUA-lar indi çox qorxuncdur, çünki bilmirsən, yerdə oturursan və ya bir tankın içindəsən və o sizin olduğunuz yerə bomba atır.

Quptanın vurğuladığı bir digər vacib amil də pilotsuz aparatların Türkiyədən alınması idi. Məsələnin mərkəzində Suriya və Liviyada baş verən qarşıdurmalarda pilotsuz aparatların göstərdiyi nəaliyyətlər dayanır. O qeyd edir ki, Türkiyə bu sahədə ciddi irəliləyişlər əldə edib.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: PUA   Qarabağ   Qələbə  

PUA-lar Azərbaycana Ermənistanı məğlub etməsinə necə kömək etdi? – Hindistanlı ekspert

2020/11/433-1606027080.jpg
Oxunub: 1745     14:20     22 Noyabr 2020    