“Hraparak”: Ermənistan polisləri məğlub olmuş Baş naziri açıq üzlə müdafiə etməkdən utanırlar

2020/01/93819-1579087932.jpg
Oxunub: 642     10:47     22 Noyabr 2020    
Dünən İrəvada və Ermənistanın bəzi vilayətlərində Qarabağın kapitulyasiyasının imzalanmasına qarşı baş verən etiraz və itaətsizlik aksiyalarına təzyiq göstərən polis qüvvələrinin əksəriyyəti maskalarda olublar, üzlərini gizlədiblər.

"Hraparak” nəşri yazır ki, bunun səbəbi nəinki polislərin məğlub olmuş Baş naziri açıq üzlə müdafiə etməkdən utanmasıdır, həmçinin onlardan bir çoxları hökumətin xüsusi evlərində toplanılmış quldur dəstəsinin üzvləridir, onlara forma paylanıb və hakimiyyət əleyhinə aksiyaları yatırmaq məqsədilə istifadə olunurlar.

Üstəlik, bu çinli forma ilə maskalanmış, amansız güc tətbiq edərək erməni vətəndaşları həbs edən şəxslərin polis əməkdaşları yox, müxtəlif oliqarxların mühafizə xidmətinin üzvləri olması təəccüb yaradıb.

Ermənistan polisinin mətbuat xidmətindən bildirilib ki, Polis qoşunları hərbi əməliyyatlarda iştirak edib və qayıtdıqdan sonra onların geyimləri geyinmə üçün yararlı olmayıb: “Ehtiyatda saxlanılmış forma paylanıb, vaxt darlığı səbəbilə onların üzərində erməni hərfləri ilə yazı yazmaq mümkün olmayıb. Yəni, təkcə ordu üçün dəbilqə və forma çatışmazlığımız yoxdur, həmçinin polis üçün də forma çatışmazlığımız var”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Polis   Böhran  

“Hraparak”: Ermənistan polisləri məğlub olmuş Baş naziri açıq üzlə müdafiə etməkdən utanırlar

2020/01/93819-1579087932.jpg
Oxunub: 645     10:47     22 Noyabr 2020    