Paşinyan hansı halda vəzifəsindən uzaqlaşacaq?

2020/11/21261-1605958549.jpg
Oxunub: 600     16:14     21 Noyabr 2020    
Erməni politoloq Armen Badalyan Ermənistanın daxili siyasi həyatında davam edən inkişafları şərh edib və hansı halda Nikol Paşinyanın Baş nazir vəzifəsini tərk edəcəyini qeyd edib.

Onun sözlərinə görə, Baş nazir istefa versə, artıq hakimiyyətə qayıda bilməz.

“Növbədənkənar parlament seçkiləri baş tutsa, artıq hakim siyasi qüvvə və onun rəhbəri müxalifət olsa, onların böyük hissəsi həbs olunacaq, buna görə də hakim komandanın rəhbəri hakimiyyətdə qalmaqla yalnız şəxsi müdafiəsi məsələsini həll edir, çünki Baş nazir olmaqla polis, Milli Təhlükəsizlik Xidməti və digər güc strukturları ona tabe olur, bu strukturlar onu şəxsən müdafiə edir”, - deyə Badalyan qeyd edib.

Erməni politoloqun sözlərinə görə, yaranmış daxili siyasi böhran uzun sürə bilməz, lakin həllin aydın vaxtları da görünən deyil, çünki fəaliyyətdə olan Baş nazirin istefasını tələb edən bütün müxalif qüvvələr və onların tərəfdarları aksiyalar zamanı böyük miqyaslılığı təmin edə və cəmiyyətin geniş kütlələrini cəlb edə bilmirlər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran  

Paşinyan hansı halda vəzifəsindən uzaqlaşacaq?

2020/11/21261-1605958549.jpg
Oxunub: 603     16:14     21 Noyabr 2020    