Nikol Paşinyanın tapmacası

2020/11/535e6-1605342453.jpg
Oxunub: 1051     17:29     21 Noyabr 2020    
Hələ iki əvvəl Ermənistanın keçmiş baş prokuroru Gevorq Kostanyan həyəcan səsləndirib ki, onda olan məlumatlara görə, Azərbaycan hökuməti Ermənistan tərəfindən Azərbaycana vurulmuş ziyanın hesablanması və bunun kompensasiya edilməsi istiqamətində işləri təşkil etmək üçün müxtəlif Avropa ölkələrində vəkillər tutur. Lakin Ermənistanda Kostanyanın sözünə az adam reaksiya verib.

“Joğovurd” nəşri yazır ki, Ermənistanın keçmiş Ədliyyə naziri Arpine Hovhannisyan, Vəkillər Palatasının sədri Ara Zöhrabyan tərəfindən reaksiya gəlib, lakin hakimiyyət nümayəndələri bunu qulaq ardına vurub.

Gevorq Kostanyan qeyd edib ki, Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının məlum bəyanatının imzalanmasından sonra Ermənistana qarşı kompensasiya tələbi ilə iş açmaq üçün Azərbaycan üçün hüquqi əsas yaranıb.

“Məsələ həqiqətən ciddidir, çünki kompensasiya tələbi 50 milyard dollara qədər çata bilər ki, bu da Ermənistan üçün astronomik məbləğdir. Azərbaycan faktiki olaraq hazırlaşdığını əsaslandırdı, indi də hətta Zəngəzur haqqında bəyanatlar səslənir”, - deyə o bildirib.

Və budur, artıq Beynəlxalq İnsan Hüquqları Komitəsinin Azərbaycan üzrə nümayəndəsi Axundzadə təklif səsləndirib ki, bu məbləğ qarşılığında erməni tərəfi Zəngəzuru verə bilər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Məğlubiyyət  

Nikol Paşinyanın tapmacası

2020/11/535e6-1605342453.jpg
Oxunub: 1052     17:29     21 Noyabr 2020    