Ermənistanda bir məqsəd üçün kadr dəyişiklikləri

2020/09/24139-1599468938.jpg
Oxunub: 573     12:31     22 Noyabr 2020    
Paşinyan kadr dəyişikləri həyata keçirməyə başlayıb, Ermənistan prezidenti Armen Sarkisyan isə bunlar səssiz şəkildə təsdiq edir.

“Past” nəşrinin mənbələri bildirir ki, bu kadr dəyişikliklərinin müxtəlif səbəbləri var.

Bəzi hallarda “günah keçisini təyin etmək”dir, xüsusən, söhbət Zöhrab Mnatsakanyan və Davit Tonoyandan gedir. Son günlərdə Paşinyan tərəfdarı olan bəzi deputatların bu rəsmilərin üzərinə hücumları bunu sübut edir.

Məlumatlara görə, zaman keçdikcə mümkün və qeyri-mümkün günahı onların üzərinə atmağa çalışacaqlar ki, təki Paşinyan “təmiz” çıxsın.

Nəşrin hökumətyönümlü mənbələri bildirir ki, Nikol Paşinyan indi vəzifə verərək, hansısa bir şeyə söz verərək, təhdid edərək “ətrafını” möhkəm saxlamağa çalışır, onlardan istifadə edir, zərurət halında isə onlar sadəcə növbəti “günah keçiləri” olacaqlar.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran  

Ermənistanda bir məqsəd üçün kadr dəyişiklikləri

2020/09/24139-1599468938.jpg
Oxunub: 576     12:31     22 Noyabr 2020    