Erməni general Paşinyanın şişirdiyi bütün şarları partlatdı – ÜMUMİ BAXIŞ

2020/11/timth-1605952899.jpg
Oxunub: 1977     17:00     21 Noyabr 2020    
Ermənistan Müdafiə Nazirliyinin artıq keçmiş müfəttişi, general Movses Hakobyan istefasından sonra təşkil etdiyi mətbuat konfransında bütün hakimiyyətin, xüsusən də Nikol Paşinyanın iki il yarım müddət ərzində şişirdiyi şarı partlatdı və bənd-bənd sadaladı ki, Ermənistan nəyin nəticəsində və necə müharibədə məğlub olub kapitulyasiya sənədini imzladı.

Beləliklə, birinci vacib qeyd: 2018-23-cü illərdə Ermənistan silahlı qüvvələlərinin islahatlar və silahlanma, hərbi texnikanın modernləşdirilməsi planında yeni hakimiyyət, xüsusən Müdafiə Nazirliyi dəyişikliklər edib, bununla əməliyyat halqası, yəni Baş Qərargah və Müdafiə Nazirliyinin şəxsi heyətinin sayı 98 faiz artıb, əvəzində taktiki halqa qısaldılıb, yəni 5 alay azaldılıb.

Hakobyan əmin etdi ki, onun hərbi şuranın kolleqa üzvü olmasına və tamamilə əksini etmələrini, yəni taktiki halqanı artırmalarını, əməliyyat halqasını isə azaltmalarını təklif etməsinə baxmayaraq, silahlı qüvvələrin təkmilləşdirmə planında dəyişiklikləri ondan gizli şəkildə icra ediblər.

Əsgərlər istisna olmaqla artilleriya ilə, hər şeylə bütün zabit heyəti azaldılanlar arasında olub. Bunlar müharibə zamanı problemi olan hərbi hissələri əvəz etməli olan hərbi hissələrdir.

“Daha bir tabor yaradılmalı olan bütün müdafiə rayonlarında bütün bölüklərdən bir-bir taqım azaldılıb və bu şəkildə davam edib, bu isə bugünkü müharibə vəziyyətinə gətirib çıxarıb. Hətta dəstə də azaldılıb, dəstənin 11 nəfəri müharibə dövründə 9-a endirilib”, - Movses Hakobyan deyib.

İkinci qeyd odur ki, Ermənistanın müharibədə məğlub olmasının səbəblərindən biri idarəetmə olub: erməni silahlı qüvvələrinin sülh şəraitindən müharibə şəraitinə gətirilməsi və müharibə zamanı idarə edilməsi.

Movses Hakobyan deyib ki, onların bütün uğursuzluqlarımız müharibəyə hazırlıq zamanı başlayıb.

Üçüncü səbəb yalandır. Hakobyanın sözlərinə görə, müharibənin 44 günü ərzində yalan yayılması Ermənistanı məhv edib.

“Bir standart var ki, yalan həqiqətin 30 faizini üstələməməlidir, bu, düşməni əsas mahiyyətdən yayındıracaq, bizim yalanımız 100 faizi üstələyib və bütün suallar bundan yaranır”, - deyə Hakobyan bildirib.

O qeyd edib ki, döyüşmüş insanlar danışmırlar, çünki danışmaq üçün zamanları olmayıb.

“Uzanıb yemək yediklərini göstərən şəkillər var, bu, döyüş sahəsi deyil, döyüş sahəsində yeməyi döyüş gedən zamanı yeyiblər. Bu halda toplaşmış şəkildə yeməyin təşkilini də o, cinayət hesab edir, çünki hamıya göstəriş verilmişdi ki, 2-3 nəfərdən artıq bir yerə toplaşmasınlar”, - deyə erməni general bildirib.

Növbəti qeyd budur ki, 2016-cı ilin Aprel döyüşlərindən sonra Ermənistan hərbi-siyasi rəhbərliyi artıq müharibənin yeni formada olacağına qərar vermişdi və silahlı qüvvələrin tədbirlərdən və hərbi texnika alınması planından ibarət olan “inkişaf planı”na başlamışdı.

Hakobyanın sözlərinə görə, “Smerç” YARS-ları, “Tor”lar, “İqla” və “Verba”lar alınmışdı, bunlar bu müharibədə tətbiq edilmiş silahlardır, müqavilələr 2016-cı ildə imzalanıb, “Tor” ZRK sistemi istisna olmaqla hamısı 2017-ci ildə alınıb, “Tor” sisteminin bir hissəsi isə 2018-ci ildə alınıb.

Onun sözlərinə görə, böyük sayda raketlər, artilleriya almaq vəzifəsi qarşıya qoyulmuşdu, plan var idi, 2018-2022-ci il inkişaf planı ilə daha iki divizion “Tor” olmalı idi.

“Bundan əlavə, bu plan mücərrəd olmayıb, bu planda məbləğin haradan götürüldüyü yazılmış olub, məbləğ artıq var idi, bu, istəklər planı olmayıb, daha bir divizion “Smerç” alınmalı idi, “İsgəndər” sistemi təkmilləşdirilməli idi, “Kornet”lər və böyük sayda sursat alınmalı idi. Fəaliyyət göstərən planı dəyişdiriblər, “Su-30”, ZO-2522 və sonra də “Osa”lar alıblar. İndi sual verin ki, bundan neçəsi atəş açıb? Heç biri”, - deyə o deyib və əlavə edib ki, bunları müharibənin nə olduğunu bilmədikləri üçün alıblar.

Hakobyan qeyd edib ki, “Su-30”un alınması üçün hələ 2016-cı ildə onu inandırmağa çalışırdılar, amma o imtina edib, bunun niyə onlara lazım olmadığını əsaslandırıb, buna görə də bugünkü Paşinyan hakimiyyəti “Su-30”u özü aldığını inkar edə bilməz.

“O sursat nə üçün alınıb? Reklam edirlər ki, ondan hava-hava raketi tətbiq oluna bilər, lakin Rusiya hökumətinin qərarı ilə bu sursatı ikinci ölkəyə satmaq qadağan edilib və bu səbəblə də bizim “Su”lar sursatsızdır”, - o deyib.

General-polkovnik bildirib ki, “Tor”un pulu ilə “Su” alıblar, indi “Tor” ala bilərlər, buna cavab olaraq deyiblər ki, “Tor”un müqaviləsi uzun çəkir, bunu cəld gətirə bilərlər.

Hakobyan iddia edib ki, bu, yanlışdır və müasir silahlanma əldə etmək, bu gün “OSA”nın raketinin istehsal olunmadığını, xarab olacağı halda təmir edilmədiyini bilmək lazımdır. Müharibənin üçüncü günü Paşinyan Ermənistan silahlı qüvvələrinə hərbi birləşmələrin komplektləşdirilməsini dayandırmaq əmri verib. Bu funksiyanı həyata keçirmədiklərinə görə məsuliyyətə cəlb olunacaqlarını aydın şəkildə bilən rəsmilər bu əmrin səsini yazıblar və Hakobyanın əmin etdiyi kimi, bu səsyazma var.

Hakobyanın sözlərinə görə, ayın 30-na olan vəziyyətə əsasən, Qarabağdakı qanunsuz “hərbi birləşmə” komplektləşdirmə planının 78 faizini, Ermənistan isə 52 faizini həyata keçirib. O həmçinin deyib ki, Seyran Ohanyan istisna olmaqla keçmiş erməni hərbçilərə döyüşlərin idarə edildiyi qərargaha daxil olmağa icazə verməyiblər. Buna baxmayaraq, hamısı lokal döyüşlər təşkil ediblər. Əvəzində Baş nazirin həyat yoldaşı Anna Hakobyan hərbi bunkerdə olub, niyə, hansı statusda, bu, artıq başqa materialın mövzusudur.

Hakobyan qeyd edib ki, bu hakimiyyət dövründə ordu islahatları haqqında danışıqlar, əsgərin həyatını yaxşılaşdırmaq, asanlaşdırmaq haqqında olub, halbuki ordu bu cür struktur deyil, orduda tər tökməli, əziyyət çəkməlisən ki, qalib gələ biləsən, ölməyəsən. Ordu qidalanmaq və ya yaxşı yaşamaq sənəti yox, qalib gəlmək sənəti öyrədir.

Movses Hakobyanın açıqlamalarından sonra onu Xüsusi İstintaq Xidmətinə dəvət ediblər. İstənilən normal ölkədə bu cür mətbuat konfransından sonra hüquq-mühafizə orqanları sırf təqdim olunmuş faktlarla bağlı iş açardı və istintaqın sonuna qədər yəqin ki, Paşinyanı tezliklə həbs etmək qərarı ilə onun səlahiyyətlərini dayandırardı.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran   Paşinyan  

Erməni general Paşinyanın şişirdiyi bütün şarları partlatdı – ÜMUMİ BAXIŞ

2020/11/timth-1605952899.jpg
Oxunub: 1980     17:00     21 Noyabr 2020    