“Politik”: Sorosun planı tamamlanacaq, sonuncu erməni general həbs olunacaq

2020/01/456-1579167260.jpg
Oxunub: 843     11:50     22 Noyabr 2020    
Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi, Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin keçmiş rəisi, general-polkovnik Movses Hakobyanın qalmaqallı mətbuat konfransı baş tutub. Mətbuat konfransı zamanı general bir çox məlumatları bildirib, məqsəd şübhəli şərtlər altında imzalanmış kapitulyasiya razılaşmasının və məğlubiyyətin səbəblərinə aydınlıq gətirmək idi.

Mətbuat konfransı bitən kimi Ermənistan Baş Prokurorluq məlumat yayıb ki, materiallar hazırlamaq, cinayət prosesi ilə halları yoxlamaq və hüquqi qiymətəndirmə vermək tapşırığı ilə Hakobyanın mətbuat konfransının videosu Xüsusi İstintaq Xidmətinə göndərilib. Bu anda məlumat yayılıb ki, Hakobyanı artıq Ermənistan Xüsusi İstintaq Xidmətinə dəvət ediblər.

“Politik.am” nəşri yazır ki, XİX erməni generalı təqib etməyə başlayıb.

“Bu dəfə növbə 4-cü erməni general-polkovnik Movses Hakobyanındır. Həmçinin aydındır ki, Movses Hakobyanı həbs etməklə yalnız son olaraq onun bildirdiyi məlumatların həqiqiliyi və hazırkı hakimiyyətə qarşı cinayət təqibinin qaçılmazlığı təsdiq olunacaq.

Xatırladaq ki, 2018-ci ilin mayından Xüsusi İstintaq Xidmətinin rəisi təyin edilmiş Sasun Xaçatryan bu müddət ərzində əslində öz öhdəliyini yalnız erməni ordusunun general-polkovnikləri və baş qərargah rəsilərinin təqibi kimi nəzərdən keçirib.

Bir çox hüquqşünasların sözlərinə görə, bu 2 il ərzində Sasun Xaçatryan general-polkovniklər Yuri Xaçaturov, Seyran Ohanyan və Mikayel Harutyunyana qarşı qanunsuz cinayət təqibi həyata keçirib. Üstəlik, 2 il ərzində Sasun Xaçatryan saatlarla Ermənistan və Qarabağ (qondarma qurum-red.) ordusunun demək olar bütün generallarını, hətta hazırkı Baş Qərargah rəisi Onik Qasparyanı dindirib.

Aydındır ki, Soros fondu ilə birbaşa əlaqəyə malik olan Sasun Xaçatryan (Sasun Xaçatryan, Açıq Cəmiyyət fondları-Ermənistan qəyyumlar şurasının sədri Davit Xaçatryanın doğma qardaşıdır) hazırkı hakimiyyətin və ola bilsin, cəmiyyət arasında naməlum olmayan Sorosun planını həyata keçirməlidir”, - deyə nəşr bildirib.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Ermənistan   Böhran  

“Politik”: Sorosun planı tamamlanacaq, sonuncu erməni general həbs olunacaq

2020/01/456-1579167260.jpg
Oxunub: 846     11:50     22 Noyabr 2020    