“Konsensus -1” vəziyyəti: Erməni cəmiyyəti Paşinyanın hakimiyyətdə qalmasından niyə narahatdır?

2020/11/535e6-1605342453.jpg
Oxunub: 1002     18:09     22 Noyabr 2020    
Bu gün Ermənistanda legitim hakimiyyət yoxdur, bəli, yoxdur və bu şişirtmə deyil. Hökumət binasında və ya parlamentin zalında hansı qərarlar qəbul olunmasından, “Mənim addımım” əksəriyyətindən neçə nəfərin qeydə alındığından asılı olmayaraq, dövlət idarəetmə sistemində həyat deyəsən dayanıb və ya iflic olub, çünki daxili siyasi platformada “konsensus -1” vəziyyəti yaranıb.

Kapitulyasiya sənədinin imzalanmasından sonra ayrı-seçkilik olmadan hamı Paşinyana və onun hakimiyyətinə qarşıdır. Onun hakimiyyətdə qalmasını istədiyini açıq şəkildə bildirən bir qüvvə demək olar ki, yoxdur.

Keçmiş hakimiyyət nümayəndələri, hazırkı hakimiyyət nümayəndələrindən bir çoxları ona qarşıdır, hökumətdə və parlamentdə istefalar paradı bunu sübut edir, hətta “Sasna Tsrer”in timsalında bu hakimiyyətin pay sahibi olan sorosçuların radikal və ya daha doğrusu, terrorçu qanadı qarşıdır, Edmon Marukyanın timsalında Nikol Paşinyanın cib müxalifəti belə qarşıdır, Paşinyanla anlaşılmaz ruhi əlaqə ilə birləşmiş guya müstəqil Arman Babacanyan qarşıdır.

Erməni siyasi ekspertlər qeyd edir ki, başqa cür mümkün də deyildi.

“44 gün ərzində 4 mindən artıq gəncin həyatı qurban verilə biləndə və Baş nazirin hərbçi həyat yoldaşının dediyi kimi, onlar heç nə naminə öləndə təbii olaraq Ermənistanda bir adam alaşılmaz bir gerçəkliyə dözə bilər. Və ya kapitulyasiya, o minlərlə insanın evsiz qalması və küçədə qalması naminə.

Hamı insan olduğunu, bu ölkədə yaşayacağını, bu gün xaini və vətəni təhvil verəni dəstəkləyərək istər-istəməz onun dəstəkçisi olacağını, özünün və dövlətin gələcəyinə xaç çəkəcəyini başa düşür.

Bu insanlar sabah öz ölkəsinin doğma küçələrində gəzə bilmək, öz kədərlərinə bu gün səssiz şəkildə yas tutan ölənlərin doğmalarının, analarının və bacılarının gözlərinə utanmadan baxmaq istəyirlər, küçəyə çıxmırlar və Nikol Paşinyanın istefasını tələb etmirlər, amma sabah ən azından onların doğmalarını ölümə məhkum edənlərə nifrət edəcəklər və onların doğmalarını ölümə məhkum edənlərin niyə dövləti bu günə saldıqları, niyə müharibənin qarşısını ilk günlərdə almadıqları ilə bağlı verəcək cavabları var.

Nikol Paşinyan güvən və dəstək qazanmır, təkcə ölkədə yox, həm də xaricdə onu rədd edirlər. İki gün əvvəl hakimiyyət ABŞ-ın Ermənistandakı səfirliyindən ilk sarı vərəqəni alıb, bununla xəbərdarlıq edirdilər ki, siyasi təqiblər yaxşı yerə aparmır. Bu gün isə Rusiya prezidenti Vladimir Putin Nikol Paşinyanın məhv edilməsinin ən yüksək akkordunu vurub, bizim dəlini inkar edib və deyib ki, Şuşa məsələsi keçmişdə nə vaxtsa danışıq masasında olmayıb və bunun ətrafında danışıqlar oktyabrın 20-də başlayıb.

İki il yarım yalnız dondurma yeyən və büdcə hesabına səyahət edən respublika prezidenti Armen Sarkisyan qarşıdır, əlbəttə, Sarkisyanı daha çox casus və ya 8-ci kolon nümayədəsi kimi təqdim etməyə meyilliyik. Lakin aydındır ki, qərb onun timsalında ikinci cəhdini oynamaq istəyir.

Alnında xain etiketi olan Feliks Tsolakyan belə sənə qarşıdırsa, Nikol Paşinyan, sənin ciddi düşünüləsi bir şeyin var. Amma kimə nə deyirik? Ermənistan girov statusunda bir ruhi xəstəxananın əlinə düşüb, bu, artıq faktdır”, - deyə erməni ekspertlər qeyd edir.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran   Paşinyan  

“Konsensus -1” vəziyyəti: Erməni cəmiyyəti Paşinyanın hakimiyyətdə qalmasından niyə narahatdır?

2020/11/535e6-1605342453.jpg
Oxunub: 1005     18:09     22 Noyabr 2020    