Erməni general: “2018-ci ildə silah alınması planını dəyişmək müharibənin nəticəsinə çox ciddi təsir edib”

2020/11/2020--1605952239.jpg
Oxunub: 817     15:49     21 Noyabr 2020    
“Mən tarixlərə görə qeyd etmişəm ki, hansı silah nə zaman alınıb: silah alınması müqavilənin imzalanmasından silahın tədarükünə qədər davam edir, 2 ilə qədər davam edə bilər”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi, keçmiş baş hərbi müfəttiş Movses Hakobyan deyib.

O qeyd edib ki, 2018-ci ildə silah alınması planını dəyişmək müharibənin nəticəsinə çox ciddi təsir edib.

“Ordumuzun uğursuzluqları mərhələlərə və vaxt cədvəlinə uyğun şəkildə təqdim olunsaydı, xalqımızda bu cür şok sürpriz olmayacaqdı ki, biz məğlub olduq”, - deyə Hakobyan bildirib.

Onun sözlərinə görə, hərb işi küçəni bağlamaq deyil: “Hərbi çağırış, səfərbərlik davam edib, amma başqa məqsədlərlə, bunun bir hissəsi, konkret dəstələrin yaradılması və ön xəttə göndərilməsi, fikrimcə, böyük ziyan vurub”.

Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi həmçinin Ermənistan Baş nazirinin mətbuat katibinin “Sentyabrın 27-də və 29-da Baş nazirin Rusiya prezidenti ilə telefon danışığı baş tutub” bəyanatına toxunub: “Mən demişəm ki, Baş nazir strateji müttəfiqimizə zəng etməyib və yardım istəməyib, bunu ümumiyyətlə zəng etməmək kimi başa düşdülər. Xeyr, zəng edib, hər gün zəng edib, gündə bir neçə dəfə zəng edib, amma ayın 30-na qədər yardım istəməyib”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Ermənistan   Böhran  

Erməni general: “2018-ci ildə silah alınması planını dəyişmək müharibənin nəticəsinə çox ciddi təsir edib”

2020/11/2020--1605952239.jpg
Oxunub: 820     15:49     21 Noyabr 2020    