Ermənistanın Qarabağdakı ordusunun “komandir”i Paşinyanın təklifini rədd edib

2020/11/96372-1605951333.jpg
Oxunub: 2129     13:51     21 Noyabr 2020    
Noyabrın 19-da Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağdakı qanunsuz “hərbi birləşmə”nin sabiq komandiri, ağır yaralı və hərbi hospitalda olan Calal Harutyunyana baş çəkib.

Ordu.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

“Mənbələrimiz bildirib ki, Baş nazir Calal Harutyunyana yaxın günlərdə Müdafiə naziri Davit Tonoyanı dəyişəcəyini və Onik Qasparyanı nazir təyin edəcəyini deyib, ona isə Onik Qasparyanın əvəzinə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsini tutmağı təklif edir. Calal Harutyunyan demək olar açıq mətnlə rədd edib və deyib ki, bənzər şəraitdə nə edə biləcəyimi təsəvvür etmirəm. Nikol Paşinyan tələsməməyi, düşünməyi, yenidən cavab verməyi məsləhət görüb. Noyabrın 20-də artıq xəbər yayılıb ki, Onik Qasparyan yox, Vağarşak Harutyunyan Müdafiə naziri təyin olunur. Bəlkə də Calal Harutyunyanın rədd cavabı qəti olub və bu, bənzər qərara da təsir edib”, - deyə nəşr yazır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran   Paşinyan  

Ermənistanın Qarabağdakı ordusunun “komandir”i Paşinyanın təklifini rədd edib

2020/11/96372-1605951333.jpg
Oxunub: 2130     13:51     21 Noyabr 2020    