Gücü artırmaq üçün ucuz yol: PUA-ların sürü halında tətbiqi hava müharibəsinin gələcəyidir

2020/11/1-1605947965.jpg
Oxunub: 3801     16:01     21 Noyabr 2020    
Pilotsuz Uçuş Aparatlarının sürü halında tətbiqi, yerləşdirilməsi texnologiyası hələ başlanğıc mərhələsindədir, lakin dünya ölkələrinin silahlı qüvvələri onların inkişafına milyonlarla sərmayə qoyur.

2018-ci ilin yanvarında axşam saatlarında Rusiyanın Suriyanın qərbində yerləşdirdiyi Hmeymim avibazası yaxınlığında ilk pilotsuz uçuş aparatı göründü. Daha sonra onların sayı 13-ə qədər artdı. Rusiya Müdafiə Nazirliyinə görə, partlayıcı ilə silahlanmış PUA-lardan 7-si vuruldu, qalan 6-sının radio rabitəsi basdırıldı. Rusiya ordusu PUA hücumunun qarşıını almaqda çətinlik çəkmədi, ancaq bu hücum PUA-ları yaxından izləyən ekspert və müşahidəçiləri narahat etməyə başladı.

Müdafiə sahəsində və xüsusilə silahlanmalarla bağlı araşdırmalar aparan Paul Şarre qeyd edir ki, bu, PUA-lardan kütləvi şəkildə (sürü halında) istifadə etmənin ilk nümunəsi idi. O bildirir ki, bunlar həm də qeyri-dövlət aktorlarının döyüş əməliyyatında eyni vaxtda istifadə etdiyi ən çox sayda pilotsuz aparat idi.

Hücum cəhdləri davam etdi və 2019-cu ilin sentyabr ayında Rusiya ordusu ilin əvvəlindən Hmeymim bazasının ətrafında təxminən 60 PUA zərərsizləşdirdiyini elan etdi.

Hələlik hərbi PUA-ların istifadəsində yüngül kəşfiyyat PUA-ları və nisbətən böyük hücum PUA-ları üstünlük təşkil edir. Bu vəziyyətin yaxın gələcəkdə dəyişəcəyi ehtimalı yoxdur. “Jane’s” nəşrinin məlumat qrupunun müdafiə mütəxəssislərinə görə, hər iki avadanlıq sifarişlərinin növbəti on il ərzində kəskin şəkildə artacağı gözlənilir.

Lakin Hmeymimə edilən hücumlar və Səudiyyə Ərəbistanındakı neft obyektlərinə zərbə endirmək hava müharibəsi üçün mümkün bir gələcəyin ilk görünüşü idi: sürü halında PUA-lar.

Sürü texnologiyası - eskadriliyada müstəqil hərəkət edə bilən və bir paket kimi fəaliyyət göstərə bilən Pilotsuz Uçuş Aparatları hələ başlanğıc mərhələsindədir, lakin bütün dünyada silahlı qüvvələr bu sahənin inkişafına milyonlarla dollar yatırır.

Hmeymimə və Səudiyyə obyektlərinə hücum etmək üçün istifadə olunan pilotsuz uçuş aparatlarının hədəflərinin GPS ilə tapıldığı və sonra həmin istiqamətlərə doğru buraxıldığı ehtimal olunurdu. İsrail onsuz da Suriyanın hava hücumundan müdafiəsini alt-üst etmək üçün çox sayda pilotsuz aparatdan istifadə edir.

Analitiklərin fikrincə, gələcəyin PUA sürüləri hədəfləri qiymətləndirmək, tapşırıqları öz aralarında bölmək və məhdud insan müdaxiləsi ilə onları icra etmək gücünə sahib ola bilər.

“PUA-lardan sürü halında istifadəyə həqiqi sıçrayış belə olacaq: bir insan “get bu vəzifəni yerinə yetir” deyir və sürüdəki robotlar bir-birləri ilə bunu necə etməyin lazım olduğunu əlaqləndirirlər”, - deyə elspert bildirir.

Analitiklər on il ərzində istifadə olunan texnologiyanın ilkin versiyalarını görə biləcəyimizi proqnozlaşdırırlar. Buraya çox fərqli frekanslarda işləyən PUA sürüləri daxil ola bilər.

Bir topu tutmaq üçün qaçan iki oyunçu [adətən] öz aralarında koordinasiya yarada bilər. Ancaq 50 oyunçu və 50 topa sahib olduğunuz bir dünya təsəvvür edin. İnsanlar bu koordinasiya dərəcəsinin mürəkkəbliyini idarə edə bilmirdilər. Robotlar bunu dəqiqliklə həll edə bilər.

Hökumətlər öz irəliləyişlərinə nəzər salsalar da, sürü texnologiyasındakı inkişaflar əsasən təsnifatlandırılır.

2016-cı ildə ABŞ Kaliforniyadakı bir göl üzərində 100-dən çox mikro-PUA-nın “qərar qəbul etmək üçün bir beyni paylaşan və təbiətdəki sürülər kimi bir-birinə uyğunlaşan” kollektiv bir orqanizm kimi manevr etdiyi videoları yayımladı.

Keçən il keçirilən sınaqlarda Qabaqcıl Müdafiə Tədqiqat Layihələri Agentliyi (DARPA) PUA-ların kiçik bir heyətinin uğurla məlumat paylaşdığını, həm əvvəlcədən proqramlaşdırılmış, həm də “pop-up” təhdidlərə qarşı koordinasiya edilmiş taktiki qərarlar verdiyini iddia etdi.

ABŞ donanması artıq minaları təmizləyən və ya daha böyük, insanlı gəmilərin mühafizəçisi rolunu oynaya biləcək avtonom qayıqlarda irəliləyişlər olduğunu elan edib.

Öldürmək səlahiyyətinə sahib avtonom, ağıllı PUA-lar ideyası narahatlığa səbəb olur. BMT-nin baş katibi António Quterreş keçən il etdiyi bir çıxışında qeyd edib: “İnsanların həyatına son qoyma gücünə sahib maşınların perspektivi əxlaqi cəhətdən mənfidir”.

2017-ci ildə avtonom silahlara qarşı qadağanın tərəfdarları olan şəxslər terrorçuların konkret insanları müəyyənləşdirib öldürməyə qadir olan kiçik PUA-lardan ibarət distopik gələcəyi əks etdirən qısametrajlı “Slaughterbots” filmini yayımlayıb.

Bəzi analitiklər bu kabus senarilərinə şübhə ilə yanaşırlar. Pilotsuz aparatlar bir gün sürü halında hədəfli qətllər həyata keçirmə qabiliyyətini inkişaf etdirə bilər. Lakin Britaniyanın Birləşmiş Xidmətlər İnstitutunun baş elmi işçisi Cek Uatlinq deyir ki, hərbiçilər bu cür texnologiyanı mənimsədiklərinə əmin deyillər.

“Fərdi şəxsləri seçə bilən, məlumatları işləyən, bir-biri ilə ünsiyyət quran, bir şəhərdə gəzə bilən bir çox inkişaf etmiş pilotsuz aparata sahib olmağın logistikasını düşünürsünüzsə, bunun üçün çox hərəkətli hissələr var və bu, çox bahalıdır”.

O, daha sərfəli və bu səbəbdən satın alma ehtimalı daha yüksək olan, düşmən sensorlarını yayındırmaq və qarışdırmaq üçün radar sistemlərini sıradan çıxarmaq kimi nisbətən sadə tapşırıqları yerinə yetirən dron sürüləri olacağını söyləyir.

Şarre PUA-ların bu qədər cəlbedici olmasının bir səbəbi kimi qiymətlərin aşağı olduğunu bildirir. Daha mükəmməl və daha çox gəmi və təyyarələr çox baha olduğundan Qərbin hərbi ehtiyatları son illərdə kəskin şəkildə azalıb.

Nəticədə deyə bilərik ki, Pilotsuz Uçuş Aparatları ölkənin sahib olduğu gücü artırmaq üçün ucuz bir yoldur.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: PUA   Sürü   Texnologiya  

Gücü artırmaq üçün ucuz yol: PUA-ların sürü halında tətbiqi hava müharibəsinin gələcəyidir

2020/11/1-1605947965.jpg
Oxunub: 3804     16:01     21 Noyabr 2020    