Pentaqon: ABŞ heç vaxt Çinlə müharibə etmək istəməyib

2020/11/16059-1605932365.jpg
Oxunub: 413     08:34     21 Noyabr 2020    
“ABŞ Çini sıxışdırır, çünki heç vaxt onunla müharibə etmək istəmir”.

Ordu.az “TASS”-a istinadən xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələri Baş Qərargah Rəisləri Komitəsinin rəis müavini, general Con Hayten kosmik məsələlərə dair videokonfransda çıxış edərkən bildirib.

“Bizim rəqiblərimiz var, hazırkı məqamda bu, inanılmaz dərəcədə sürətlə irəliləyən Çindir. Əvvəlki kimi, Çini ciddi şəkildə sıxışdırırıq. Əgər kimin daha sürətlə getdiyini müqayisə etmək istəsəniz, nə qədər öndə olmağınızın bir mənası yoxdur. Onlar sürətlə gedirlərsə, deməli, sizi ötəcəklər. Buna imkan verə bilmərik. Bilirəm ki, ölkəmiz heç vaxt Çinlə müharibə aparmaq istəməyəcək. Bu o deməkdir ki, müharibənin qarşısını almaqla Çini geriyə çəkməliyik”, - Hayten belə deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Pentaqon   ABŞ   Çin  

Pentaqon: ABŞ heç vaxt Çinlə müharibə etmək istəməyib

2020/11/16059-1605932365.jpg
Oxunub: 414     08:34     21 Noyabr 2020    