“Euronews” televiziya kanalında separatçıların Ağdamı yanğınlar törədərək tərk etməsi yayımlanıb

2020/11/16059-1605932452.jpg
Oxunub: 499     08:23     21 Noyabr 2020    
Getmək və geridə heç nə saxlamamaq. Qarabağ erməniləri çantalarını hazırlayırlar, çünki Rusiyanın himayəsi altında Azərbaycanla imzalanmış müqaviləyə əsasən dekabrın 1-dək bölgənin üç rayonundakı ermənilər ərazini tərk etməlidir. Erməni əsgərləri də Ağdam şəhərindəki qərargahlarını dağıdıb yandırıblar.

Ordu.az xəbər verir ki, bu fikirlər “Euronews” separatçıların Ağdamdan çıxmasına dair yayımladığı məlumatda səsləndirilib.

Bildirilib ki, 1994-cü ildə birinci müharibə bitəndən sonra ermənipərəst qüvvələr Qarabağı işğal ediblər. Ancaq indi xarabalığa çevrilmiş binanın üzərində Azərbaycan bayrağı dalğalanır. Bu yerlərin sahibi Azərbaycan bir ay əvvəl döyüşlər və bombardımanlar gedən ərazilərə daxil olur.

“Bu vəhşilikdir. İnsanlığa qarşı bir cinayətdir. Əslində erməni vəhşiliyini və erməni siyasi sisteminin əsl mahiyyətini göstərir. Bunlar beynəlxalq media vasitəsi ilə bütün dünyaya çatdırılmalıdır”, - deyə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin sözləri səsləndirilib.

Döyüşlər zamanı evlərini tərk edib getmiş ermənilərin atəşkəs razılığına uyğun olaraq evlərinə qayıtmağa icazə verildiyi qeyd olunub.

Vurğulanıb ki, bu rayonu 27 il əvvəl tərk etmək məcburiyyəttində qalan azərbaycanlılar isə yaxın həftələrdə doğma yurdlarına geri dönəcəklər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Euronews   Ağdam  

“Euronews” televiziya kanalında separatçıların Ağdamı yanğınlar törədərək tərk etməsi yayımlanıb

2020/11/16059-1605932452.jpg
Oxunub: 500     08:23     21 Noyabr 2020    