Erməni general 62 PUA-nın “vurulması” yalanını etiraf etdi

2020/11/30-16-1605897875.jpg
Oxunub: 5508     22:43     20 Noyabr 2020    
Ermənistan silahlı qüvvələrinin keçmiş baş qərargah rəisi, ölkənin müdafiə nazirliyinin hərbi müfəttişliyinin sabiq rəhbəri general-polkovnik Movses Akopyan yenidən ifşaedici açıqlamalar verib.

Ordu.az Azvision.az-a istinadən xəbər verir ki, general Ermənistan müdafiə nazirliyini ittihamlarına cavab olaraq deyib ki, onlar 44 gün ərzində olduğu kimi indi də yalan danışırlar.

"Mən demişəm ki, Ermənistanın aldığı SU-30SM qırıcıları uçmurdu, ona görə ki, raketləri yox idi. Əgər onlar yararlı idisə niyə uçmurdu? Deyirlər ki, hava hücumundan müdafiə sistemləri 62 pilotsuz uçan aparat vurub. Əgər həmin 62 PUA vurulubsa, onlar bunu necə hesablayıblar və o zaman necə olub ki, hava məkanı bu cür müdafiəsiz qalmışdı? Kim onları vurub və həmin PUA-ların qalıqları haradadır?", - deyə Akopyan Azərbaycana məxsus PUA-ların vurulması ilə bağlı erməni tərəfinin yaydığı məlumatların yalan olduğunu vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Ermənistan   Böhran  

Erməni general 62 PUA-nın “vurulması” yalanını etiraf etdi

2020/11/30-16-1605897875.jpg
Oxunub: 5511     22:43     20 Noyabr 2020    