Anna Hakobyan Ermənistanda kölgə Baş naziridir

2020/09/image-1599213927.jpg
Oxunub: 926     17:42     20 Noyabr 2020    
2,5 il ərzində Ermənistanda müxtəlif ictimai-siyasi dairələr daim iddia edib ki, Ermənistan Baş nazirinin həyat yoldaşı Anna Hakobyanın ən müxtəlif dövlət məsələlərinə müdaxiləsi qanunsuzdur və dövlət üçün ən ciddi problemlər yarada bilər.

Erməni səlahiyyətlilər bu tənqidlərə ittihamla cavab verirdilər ki, müxalifətçilər böhtan atırlar və Anna Hakobyan əslində dövlət işlərinə müdaxilə etmir. Artıq bu gün Ermənistanın keçmiş baş hərbi müfəttişi Movses Hakobyan qərargahda onunla Anna Hakobyan arasında hadisə baş verdiyi ilə bağlı mətbuat nəşrlərini təsdiq edib.

“Görmüşəm ki, xanım Anna komanda məntəqəsinin monitorunun qarşısında oturub, yanındakı isə Samvel Babayandır. Orada möhtəşəm döyüş gedirdi, rəqibin Madagizə girişi idi, qoşunlarımız effektiv şəkildə məhv edirdilər. Hər hansı məsələyə qarışmırdı, göstərişlər vermirdi. Bu başa çatanda mən yaxınlaşdım, dedim, xanım Anna, digər istiqamətlərdə döyüşlər davam edir, məqsədəuyğundur ki, siz gedin, çünki oğlanlar sizə görə özlərini saxlayırlar, söyüş var və s. yaxşı olar, gedin. Bir 20 dəqiqə sonra getdi. Dörd saatdan sonra məni İrəvana, Müdafiə nazirinin yanına çağırdılar, mənə əmr etdilər ki, siz artıq Qarabağa getməməlisiniz”, - deyə Hakobya detalları açıqlayıb.

Hakoyanın mətbuat konfransı zamanı məlum olub ki, Ermənistan parlamentinin hakim “Mənim addımım” fraksiyasının deputatları hökumət binasında Anna Hakobyanla görüşürlər. Bu, Anna Hakobyanın Ermənistan hökumətində hər hansı rəsmi səlahiyyətə malik olmadığı halda baş verir.

Əslində, səlahiyyətlilər Anna Hakobyanın Ermənistanda kölgə Baş naziri olduğu həqiqətini gizlətmirlər. Ən vacib qərarları məhz o qəbul edir və onun qərarı əsasında müxtəlif fəaliyyətlər həyata keçirilir. İndi qalır erməni cəmiyyəti başa düşsün ki, Nikol Paşinyanı seçməklə əslində onun həyat yoldaşı Anna Hakobyan Baş nazir seçilib.

Asif Cəfərov  
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran  

Anna Hakobyan Ermənistanda kölgə Baş naziridir

2020/09/image-1599213927.jpg
Oxunub: 927     17:42     20 Noyabr 2020    