Kanadadakı səfirliyimizdən erməni vandalizminə etiraz

2020/10/16040-1604078060.jpg
Oxunub: 575     21:12     30 Oktyabr 2020    
Azərbaycanın Kanadadakı Səfirliyi Ermənistan silahlı qüvvələri tərəfindən mülki şəxslərə və mülki infrastruktura raket zərbələri endirilməsi barədə bəyanat yayıb.

Ordu.az -ın məlumatına görə, səfirlik Ermənistanın münaqişə bölgəsindən uzaqda yerləşən Azərbaycan şəhərlərinə, günahsız mülki vətəndaşların sıx məskunlaşdığı yaşayış sahələrinə qarşı həyata keçirdiyi təcavüz aktları ilə bağlı öz narahatlığını bildirib.

Qeyd olunub ki, Ermənistan beynəlxalq humanitar hüququ, 1954-cü ildə qəbul olunmuş Haaqa Konvensiyasını və 1999-cu ildə təsdiqlənmiş İkinci Protokolu, 1949-cu il Dördüncü Cenevrə Konvensiyasını, habelə BMT-nin Azərbaycan Respublikasının işğal altındakı Dağlıq Qarabağ və 7 ətraf rayonla bağlı qətnamələrinin (822,853,874 ve 884) şərtlərini pozur.

Artıq 30 ilə yaxındır ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri Ermənistan tərəfindən işğal altındadır. 1988-1993-cü illər ərzində Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 18 mindən çox adam öldürülüb və 50 mindən çox insan yaralanıb.
Azərbaycan ordusu həm canlı qüvvə sayı, həm də texnika və hərbi silahların sayına görə üstünlüyünə sahib olsa da, ölkə hələ də dəfələrlə münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu söyləyib. Lakin, buna cavab olaraq, Ermənistanın Baş naziri Nikol Paşinyan, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə hücum edərək orada yaşayan mülki insanları atəşə tutmuşdur.

27 oktyabr, günortadan sonra, Ermənistan silahlı qüvvələri Bərdə rayonunun yaşayış sahələrinə 300 mm-lik “Smerch” kasetli bombas atması nəticəsində 21 mülki şəxs həlak olmuş və 70-dən çox insan yaralanmışdır.

Tərtər şəhəri və onun kəndləri, eləcə də, Ağcabədi və Goranboy ayonları ağır toplardan atəşə tutulmağa davam edir. Ermənistanın Azərbaycan yaşayış məntəqələrinə endirdiyi raket zərbələri çoxsaylı insan tələfatına səbəb olmuş və mülki infrastruktura, təhsil infrastrukturuna, eləcə də, qəbiristanlıqlar da daxil olmaqla dini və mədəni abidələrimizin dağılması ilə nticələnmişdir.

28 oktyabr tarixinə qədər Ermənistan silahlı qüvvələrinin raket atəşləri nəticəsində qadınlar, uşaqlar və qocalar da daxil olmaqla 90 mülki şəxs ölüb və 380-dən çox mülki şəxs xəstəxanaya yerləşdirilib. Ermənistanın mülki şəxslərə qarşı hücumları müharibə cinayəti və insanlığa qarşı törədilmiş cinayətdir.

Səfirlik əmindir ki, beynəlxalq ictimaiyyət bu terror hücumlarını tanıyacaq və səylərini Ermənistan Respublikasını yuxarıda göstərilən qanunları açıq şəkildə pozan hərəkətlərdən çəkinməyə məcbur etmək üçün səylərini əsirgəməyəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Qarabağ  

Kanadadakı səfirliyimizdən erməni vandalizminə etiraz

2020/10/16040-1604078060.jpg
Oxunub: 576     21:12     30 Oktyabr 2020    